Azərbaycan Prezidenti İlham Əliyev “Formula-1”-in rəhbər şəxslərini qəbul edib

İyunun 25-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Formula-1”-in sədri və icraçı direktoru Çeyz Kerini, “Formula-1” Motorsportun direktoru Rous Braunu və “Formula-1”-in kommersiya və marketinq üzrə direktoru Şon Bratçesi qəbul edib.

“Formula-1” yarışlarının Azərbaycanda keçirilməsindən məmnunluğunu bildirən dövlətimizin başçısı dedi ki, ötənilki yarışlardan sonra ölkəmizdə turizm sahəsində 25 faiz artım olub. Prezident İlham Əliyev Bakıda “Formula-1”
yarışlarının şəhər halqası trekində keçirilməsinin paytaxtımızın daha da yaxından tanınmasına imkan yaratdığını bildirdi. Dövlətimizin başçısı yarışların dünyada böyük sayda tamaşaçı auditoriyası tərəfindən izlənildiyini vurğuladı.

Bakıda olmaqdan məmnunluğunu ifadə edən və zəngin təəssüratlarının olduğunu deyən “Formula-1”-in sədri və icraçı direktoru Çeyz Keri paytaxtımızın çox gözəl və möhtəşəm şəhər olduğunu bildirdi. O, şəhəri gəzməkdən və Bakının gözəl mənzərəsini seyr etməkdən məmnunluğunu ifadə etdi. Çeyz Keri yarışlar üçün Bakıda çox gözəl şəraitin yaradıldığını xüsusi vurğuladı.

AZƏRTAC

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında