Prezident İlham Əliyev Bolqarıstanın baş prokurorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 13-də Bolqarıstan Respublikasının baş prokuroru Sotir Tsatsarovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sotir Tsatsarov Bolqarıstan Prezidenti Rumen Radevin salamlarını dövlətimizin başçısına çatdırdı. Ölkəmizdə Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan xalqı tərəfindən həyata keçirilən işlərə öz rəğbətini ifadə edən Bolqarıstanın baş prokuroru respublikamızda gedən inkişaf proseslərinin onlarda dərin təəssürat yaratdığını bildirdi. Qonaq hər iki ölkənin prokurorluq orqanları arasında uğurlu əməkdaşlığın həyata keçirildiyini, bu əməkdaşlığın yüksək peşəkar səviyyədə və dostluq şəraitində aparıldığını vurğuladı və Bakıya səfərini mövcud əlaqələrin davamı kimi dəyərləndirdi.

Azərbaycan ilə Bolqarıstan arasında münasibətlərin çox yaxşı səviyyədə olduğunu deyən Prezident İlham Əliyev əlaqələrimizin siyasi, iqtisadi, enerji, mədəniyyət və digər sahələrdə uğurla inkişaf etdiyini bildirdi. Özünün Bolqarıstana, Bolqarıstan Baş nazirinin Azərbaycana səfərini xatırlayan dövlətimizin başçısı bu səfərlərin ölkələrimiz arasında əlaqələrin möhkəmləndirilməsi baxımından önəmini qeyd etdi. Azərbaycan ilə Bolqarıstanın bütün sahələrdə əlaqələrinin hər iki ölkənin rəhbərlikləri arasında mövcud olan əməkdaşlıq və qarşılıqlı dəstək səviyyəsinə qaldırılmasının əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev prokurorluq orqanlarının yaxşı əməkdaşlığının ikitərəfli əlaqələrimizin genişləndirilməsi işinə xidmət etdiyini dedi və bu səfərin münasibətlərimizin perspektivləri ilə bağlı məsələlərin müzakirə edilməsi üçün yaxşı fürsət yaratdığını bildirdi. 

Dövlətimizin başçısı Bolqarıstan Prezidenti Rumen Radevin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Bolqarıstan Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında