Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu istifadəyə verilib

Aprelin 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Yevlax rayonunda Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun açılışında iştirak edib.

Azərbaycan Prezidentinin sərəncamına əsasən, dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin hesabına bu il reallaşdırılan 40 kənd və qəsəbələrarası avtomobil yolu layihələrindən biri də Yevlax rayonunun Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolu layihəsidir.

“Azəravtoyol” Açıq Səhmdar Cəmiyyətinin sədri Saleh Məmmədov dövlətimizin başçısına məlumat verdi ki, uzunluğu 18 kilometr olan avtomobil yolu yenidənqurmadan sonra istismara tam hazırdır. Layihə çərçivəsində yolda torpaq işləri zamanı zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, bunun əvəzinə xüsusi material tökülərək bərkitmə işləri görülüb. Dördüncü texniki dərəcəyə uyğun yenidən qurulan yolun hərəkət hissəsinin eni 6 metr, çiyinlərinin eni hər iki istiqamət üzrə 1,5 metrdir. Layihə çərçivəsində yolboyu müxtəlif diametrli 16 su borusunun tikinti işləri aparılıb, 360 təhlükəsizlik dirəyi, 118 yol nişanı və göstərici lövhələr quraşdırılıb. Həmçinin 25 kilometr uzunluğunda yol cizgi və yolgöstərici xətləri çəkilib.

Qeyd edilib ki, 8 min nəfərin yaşadığı altı kəndi birləşdirən Salahlı-Balçılı-Ağqıraqlı-Varvara-Cırdaxan avtomobil yolunun tikintisi əhalinin gediş-gəlişini rahatlaşdıracaq, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq. Ən əsası isə avtomobil yolu ilə Mingəçevir-Bəhramtəpə, həmçinin Bakı-Ələt-Qazax-Gürcüstan dövlət sərhədi avtomobil yoluna rahat çıxış əldə olunmaqla əhalinin yetişdirdiyi məhsulları qısa müddətdə bazarlara çatdırmaq imkanı yaranacaq. Bu isə, öz növbəsində, həmin bölgədə kənd təsərrüfatının inkişafına müsbət təsir edəcək.

Prezident İlham Əliyev yolun rəmzi açılışını bildirən lenti kəsdi.

Sonra xatirə şəkli çəkdirildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında