Azərbaycan Prezidenti İlham Əliyev Parisdə Fransa Senatının sədri ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 14-də Parisdə Fransa Respublikası Senatının sədri Jerar Larşe ilə görüşüb.

Senatın binasının qarşı­sında dövlətimizin başçısının şərəfinə fəxri qarovul və suvari dəstəsi düzülmüşdü.

Prezident İlham Əliyevi Senatın sədri Jerar Larşe qarşıladı.

Dövlətimizin başçısı və Senatın sədri fəxri qaro­vul dəstəsinin qarşısından keçdilər.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Prezident İlham Əliyev və Senatın sədri Jerar Larşe birgə foto çəkdirdilər.

Jerar Larşe Azərbaycan Prezidenti İlham Əliyevi Fransa Senatında görməkdən məmnun olduğunu dedi. O, belə səfərlərin ölkələrimiz arasında ikitərəfli əlaqələrin daha da inkişaf etdirilməsi baxımından əhəmiyyətli oldu­ğunu bildirdi.

Azərbaycan Prezidenti İlham Əliyev ölkələrimiz ara­sında münasibətlərin, eləcə də parlamentlərarası əlaqələrin çox yüksək səviyyədə oldu­ğunu vurğuladı. Dövlətimizin başçısı bir neçə gün əvvəl Bakıda Fransa Senatının bir qrup üzvünü qəbul etdiyini, dünən isə MEDEF-in üzvləri ilə çox səmərəli görüş keçir­diyini xatırlatdı.

Jerar Larşe 2014-cü ildə Senatda xanım Mehriban Əliyeva ilə Azərbaycan–Fransa parlamentlərarası dostluq qrupunun sədri kimi görüşdüklərini xatırlatdı, bu görüşün böyük əhəmiyyət kəsb etdiyini vurğuladı. O, belə görüşlərin ölkələrimiz arasında münasibətlərin inkişafına güclü təkan verdiyini, Azərbaycan–Fransa əlaqələrinin strateji istiqamətdə inkişaf etdiyini bildirdi.

Senatın sədri Ermənistan–Azərbaycan, Dağlıq Qa­rabağ münaqişəsinin həlli istiqamətində görülən işlərlə maraqlandı.

Prezident İlham Əliyev münaqişənin həlli ilə bağlı Azərbaycanın qəti möv­qeyini diqqətə çatdırdı. Münaqişənin yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin mümkünlüyü­nü qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanda olan fransalı senator­ların Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər etdiklərini və kəndin ermənilər tərəfindən necə dağıdılmasının şahi­di olduqlarını vurğuladı. Azərbaycan Prezidenti gərginliyin mövcudluğunun regiona ziyan vurduğunu bildirdi.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra digər məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

Görüşdən sonra Prezident İlham Əliyev Senatın qızıl kitabını imzaladı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında