Azərbaycan Prezidenti İlham Əliyev Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib

Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev yanvarın 19-da Davosda Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında iştirak edib.

Dövlətimizin başçısı iclasda çıxış edib və sualları cavablandırıb.

Dünya İqtisadi Forumunun “İpək Yolunun səmərəsi” adlı interaktiv iclasında Azərbaycan Prezidenti İlham Əliyevlə yanaşı, Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, Monqolustan Prezidenti Saxiaqiyn Elbeqdorj və digər ölkələrin nümayəndələri iştirak ediblər.

Azərbaycanın tarixi İpək Yolunun bərpasında önəmli rol oynadığını deyən Prezident İlham Əliyev bu istiqamətdə ölkəmiz tərəfindən görülən işlərdən danışdı. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin İpək Yolunun bərpasına xidmət etdiyini, bu dəmir yolu vasitəsilə İpək Yolunu qısa vaxtda qət etməyin mümkün olacağını deyən dövlətimizin başçısı hazırda Bakıda Xəzər regionunda ən böyük dəniz limanının tikildiyini bildirdi, İpək Yolunun sərmayədarlar üçün cəlbedici olmasının yolları barədə düşünülməsinin vacibliyini diqqətə çatdırdı. İpək Yolunun ölkələr arasında dostluğun və əməkdaşlığın daha da gücləndirilməsinə xidmət edəcəyini deyən Prezident İlham Əliyev ötən ilin Azərbaycanda “Multikulturalizm ili”, bu ilin isə “İslam Həmrəyliyi ili” elan olunduğunu bildirdi, bu çərçivədə həyata keçirilən tədbirlərin həm də İpək Yolu layihəsinin uğurla reallaşmasına töhfə verəcəyini vurğuladı. Dövlətimizin başçısı İpək Yolu üzərində yerləşən ölkələr arasında əməkdaşlığın daha da gücləndirilməsi məqsədilə əlaqələndirmə qurumunun yaradılmasının əhəmiyyətinə toxundu, bunun bir çox layihələrin nəzərdən keçirilməsi, qərarların qəbul olunmasına imkan verəcəyinə əminliyini ifadə etdi. Prezident İlham Əliyev hazırda yüklərin İpək Yolu ilə daşınması üzrə müxtəlif ölkələrlə əməkdaşlıq üzərində iş getdiyini diqqətə çatdıraraq Azərbaycanın Şimal-Cənub nəqliyyat dəhlizinin reallaşması ilə bağlı tədbirlər gördüyünü bildirdi.

Ölkəmizdə informasiya-kommunikasiya texnologiyalarının inkişafı ilə bağlı dövlət səviyyəsində bir sıra tədbirlərin görüldüyünü, Azərbaycanın enerji resurslarının İpək Yolunun bərpasında mühüm rol oynadığını deyən Prezident İlham Əliyev bu resursların ətraf mühitə təsirlərinin aradan qaldırılması istiqamətində görülən işlərdən danışdı. İpək Yolu layihəsinin insanlar arasında da əlaqələrin qurulmasına kömək edəcəyini deyən dövlətimizin başçısı bunun ölkəyə daha çox turistlərin cəlb edilməsinə imkan verəcəyini bildirdi. Bu məqsədlə hazırda Azərbaycanda elektron viza sisteminin tətbiq olunduğunu, bunun isə əcnəbilərə Azərbaycana gəlmək üçün vizanı 3 gün ərzində almağa imkan yaratdığını vurğuladı.

Bununla da yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İsveçrə Konfederasiyasına işgüzar səfəri başa çatdı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında