Azərbaycan ilə “Statoil” şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 18-də Davosda “Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

“Statoil” şirkətinin baş icraçı direktoru Eldar Saetre Bakıda birinci Avropa Oyunlarının açılış mərasimində iştirakını məmnunluqla xatırlayaraq, bu mötəbər tədbirin uğurla keçirildiyini bildirdi. Eldar Saetre Azərbaycanın Avropa Oyunlarını keçirməklə bu yarışların standartlarını müəyyənləşdirdiyini vurğuladı.

Prezident İlham Əliyev Azərbaycan ilə “Statoil” şirkəti arasındakı əməkdaşlığın böyük tarixi olduğunu dedi, əlaqələrimizin uğurlu və davamlı xarakter daşıdığını bildirdi. Şirkətin fəaliyyətinin ikitərəfli əməkdaşlığın inkişafına xidmət etdiyini vurğuladı.

Söhbət zamanı “Azəri-Çıraq-Günəşli”, o cümlədən “Qarabağ”, “Əşrəfi”, “Dan ulduzu” və “Aypara” yataqları, həmçinin “Statoil” ilə SOCAR arasında əməkdaşlıqla bağlı məsələlər müzakirə olundu.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında