Azərbaycan Prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədrini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 12-də ATƏT-in Minsk qrupunun Fransadan olan yeni həmsədri Stefan Viskontini qəbul edib.

ATƏT-in Minsk qrupunun yeni həmsədri Stefan Viskonti Fransa Prezidenti Fransua Ollandın salamlarını dövlətimizin başçısına çatdırdı. 15 il bundan əvvəl Azərbaycana səfər etdiyini vurğulayan Stefan Viskonti ötən dövr ərzində ölkəmizdə gedən sürətli inkişaf proseslərinin və əldə olunan nailiyyətlərin onda böyük təəssürat yaratdığını məmnunluqla qeyd etdi.

Prezident İlham Əliyev Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında Fransanın Minsk qrupunun həmsədri kimi bundan sonra da fəal iştirak edəcəyinə ümidvar olduğunu bildirdi. Münaqişənin artıq uzun illərdir ki, davam etdiyini vurğulayan dövlətimizin başçısı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin  tezliklə öz həllini tapmasında ölkəmizin maraqlı olduğunu bir daha vurğuladı.

Azərbaycan Prezidenti İlham Əliyev Prezident Fransua Ollandın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Fransa Prezidentinə çatdırmağı xahiş etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında