Tərtər şəhərində ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva dekabrın 3-də Tərtər rayonuna səfərə gəliblər.

Dövlətimizin başçısı və xanımı xalqımızın ümummilli lideri Heydər Əliyevin Tərtər şəhərinin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstələri qoydular.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov rayonun sosial-iqtisadi göstəriciləri və görülən abadlıq-quruculuq işləri barədə ­Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya məlumat verdi.

Bildirildi ki, bu il rayonun kənd təsərrüfatının müxtəlif sahələrində mühüm dəyişikliklər olub. Pambıq, taxıl, barama, şəkər çuğunduru və digər məhsulların istehsalı xeyli artıb. 

Dövlətimizin başçısına və xanımına rayonda tikintisi aparılan obyektlərin, inşası nəzərdə tutulan Heydər Əliyev seyrəngahının, üçulduzlu mehmanxananın layihələri təqdim olundu.

Prezident İlham Əliyevə və xanımı Mehriban Əliyevaya Ermənistan silahlı qüvvələrinin bölmələrinin artilleriya atəşləri nəticəsində dağılmış məktəblərdə aparılmış təmir-bərpa işləri barədə də məlumat verildi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında