Azərbaycan Prezidenti İlham Əliyev italiyalı nazirin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də İtaliya Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. 

İtaliyanın Azərbaycanın əsas ticarət tərəfdaşı olduğunu deyən dövlətimizin başçısı ölkələrimiz arasında müxtəlif sahələrdə, o cümlədən siyasi, iqtisadi, enerji və digər sahələrdə yaxşı əlaqələrin mövcudluğunu qeyd etdi. İtaliyaya son səfərini məmnunluqla xatırlayan Prezident İlham Əliyev səfər çərçivəsində Azərbaycan ilə İtaliya arasında qəbul edilən strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamənin çox mühüm əhəmiyyət daşıdığını vurğuladı, sənədin iki ölkə arasında əməkdaşlıq, həmçinin qarşıya qoyulan məqsədlər baxımından önəmli olduğunu dedi. İqtisadi sahədə əlaqələrin də uğurla inkişaf etdiyini deyən dövlətimizin başçısı italiyalı iş adamlarının ölkəmizdə biznes fəaliyyətinə maraq göstərdiyini məmnunluqla qeyd edərək təşkil olunan biznes forumların iş adamları arasında təmasların artırılması baxımından əhəmiyyətini vurğuladı. Prezident İlham Əliyev İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Paolo Centiloninin ölkəmizə səfərinin səmərəli olacağına əminliyini bildirdi.

Nazir Paolo Centiloni İtaliya Respublikasının Baş naziri Matteo Renzinin salamlarını dövlətimizin başçısına çatdırdı. Azərbaycan ilə İtaliya arasında əlaqələrin inkişafının məmnunluq doğurduğunu vurğulayan Paolo Centiloni ölkəmizə italiyalı iş adamlarından ibarət nümayəndə heyəti ilə səfər etdiyini dedi. Azərbaycanın qeyri-neft sektoru ilə bağlı götürdüyü öhdəliklərə sadiqliyini yüksək dəyərləndirdiklərini bildirən Paolo Centiloni iqtisadiyyatın şaxələndirilməsinin önəmini vurğuladı. İtaliyanın ölkəmizin iştirakı ilə həyata keçirilən enerji layihələrində fəal iştirak etdiyini məmnunluqla qeyd edən Paolo Centiloni TANAP və TAP layihələrinin icrasına başlanmasının əlaqələrimizin inkişafı istiqamətində mühüm mərhələ olacağına əminliyini bildirdi.

TANAP və TAP layihələrinin enerji təhlükəsizliyi və şaxələndirmə baxımından əhəmiyyətinə toxunan Prezident İlham Əliyev bu layihəyə artıq 7 ölkənin cəlb olunduğunu dedi, gələcəkdə isə daha iki ölkənin qoşulmasının önəmini vurğuladı. “Cənub Qaz Dəhlizi” layihəsinin icrasının gündəlikdə duran məsələ olduğunu qeyd edən dövlətimizin başçısı “Şahdəniz-2” layihəsi ilə bağlı işlərin 80 faizinin, TAP layihəsi üzrə işlərin isə təqribən 30 faizinin artıq icra olunduğunu qeyd edərək bu istiqamətdə bütün işlərin vaxtında həyata keçiriləcəyinə əminliyini ifadə etdi.

Görüşdə iki ölkə arasında bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin daha da genişləndirilməsi və möhkəmləndirilməsi ətrafında fikir mübadiləsi aparıldı.

Prezident İlham Əliyev Baş nazir Matteo Renzinin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İtaliya Respublikasının Baş nazirinə çatdırmağı xahiş etdi.

  AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında