Azərbaycan Prezidenti İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında iştirak etmişdir

Dekabrın 10-da Rusiyanın paytaxtı Moskvada MDB Dövlət Başçıları Şurasının iclası keçirilmişdir.
Azərbaycan Prezidenti İlham Əliyev iclasda iştirak etmişdir.
Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclasda iştirak edən dövlət başçılarını Böyük Kreml sarayında qarşıladı.
Əvvəlcə Prezident Dmitri Medvedevin adından MDB-nin üzvü olan ölkələrin dövlət başçılarının şərəfinə işçi nahar verildi.
Sonra MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirildi. Bu formatda keçirilən iclasın məqsədi gündəliyin özü, habelə onun bəzi məsələləri barədə fikir mübadiləsi aparmaq, müxtəlif yanaşmalar olan sənədlərlə bağlı cavab layihələrini müzakirə etməkdir. Bu, ilk növbədə MDB-nin səmərəliliyinin artırılması və onun inkişaf perspektivləri barədə məsələlərə aiddir.
Gündəliyə iqtisadi və humanitar sahələrdə əməkdaşlığa dair, eləcə də təhlükəsizliyin təmin olunmasında və Birliyin fəaliyyətinin digər istiqamətlərində inteqrasiya proseslərinin sürətləndirilməsinə yönəlmiş 20 sənəd daxil idi.
Məhdud tərkibdə iclas başa çatdıqdan sonra dövlət başçıları xatirə şəkli çəkdirdilər.
Sonra iclas öz işini geniş tərkibdə davam etdirdi.
MDB Dövlət Başçıları Şurasının sədri, Rusiya Federasiyasının Prezidenti Dmitri Medvedev iclası açaraq əmin olduğunu bildirdi ki, aparılan müzakirələr və əldə edilmiş razılaşmalar MDB-nin üzvü olan ölkələr arasında əlaqələrin möhkəmlənməsinə, əməkdaşlığın gücləndirilməsinə xidmət edəcəkdir.
Rusiya dövlətinin başçısı dedi ki, humanitar əməkdaşlıq üzrə ikiillik plan qəbul olunmuşdur.
Azad ticarət zonası haqqında müqavilə layihəsinin hazırlanmasının gedişi məsələsi də müzakirələrin əsas mövzusu idi. Bildirildi ki, cari ilin sonunadək bu sənədin layihəsinin razılaşdırılması, gələn ilin birinci yarısında isə onun qəbul edilməsi nəzərdə tutulur. Sənədin imzalanması MDB-nin üzvü olan dövlətlərin ərazilərində ticarətin tamamilə liberallaşdırılması üçün müqavilə bazasının yaradılmasına kömək edəcəkdir.
Bundan əlavə, iclasda MDB ölkələrində 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 65-ci ildönümü çərçivəsində elm və innovasiyalar ili elan olunmuş 2010-cu ildə keçirilmiş tədbirlərin yekunları müzakirə olunmuşdur.
İclasda, həmçinin 2020-ci ilə qədər MDB çərçivəsində gənclərin beynəlxalq əməkdaşlıq strategiyası müzakirə olunmuşdur. Bu sənəd ilk dəfədir ki, hazırlanır.
İclasda ənənəvi olaraq cinayətkarlığa, terrorizmə və ekstremizmin digər zorakı təzahürlərinə, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, insan alverinə qarşı birgə mübarizə tədbirləri proqramlarının layihələrinə dair fikir mübadiləsi aparıldı.
Dövlət başçıları Birliyin üzvü olan dövlətlərin ATƏT çərçivəsində siyasi əməkdaşlıq sahəsində qarşılıqlı fəaliyyətinə dair qərar layihəsini də müzakirə etdilər.
Müzakirələrdən sonra iclasın yekun sənədləri imzalandı.
Daha sonra mətbuat konfransı keçirildi. Bildirildi ki, MDB-də sədrlik gələn ilin yanvarında Tacikistana keçəcəkdir. MDB Dövlət Başçıları Şurasının növbəti iclası isə 2011-ci ilin sentyabrında Düşənbədə keçiriləcəkdir.
Bununla da iclas işini yekunlaşdırdı.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında