Qazaxda “Daş Salahlı” yarımstansiyasının açılışı olub

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 19-da Qazax rayonunda 110/35/6 kilovoltluq “Daş Salahlı” yarımstansiyasının açılışında iştirak edib.

Yarımstansiyanın binasında ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin ölkənin elektroenergetika sisteminin, o cümlədən ötürücü və paylayıcı şəbəkənin hərtərəfli inkişafı üçün həyata keçirdikləri layihələri əks etdirən fotostendlər yaradılıb.

“Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin sədri Baba Rzayev görülən işlər barədə dövlətimizin başçısına ətraflı məlumat verdi. Bildirildi ki, Qazax rayonunun böyük bir hissəsinin elektrik təchizatının yaxşılaşdırılması, eləcə də ərazidə elektrik enerjisinə artan tələbatın ödənilməsi məqsədilə 110/35/6 kilovoltluq yeni “Daş Salahlı” yarımstansiyası inşa edilib. “Daş Salahlı” son 20 ildə qərb bölgəsində tikilən 110 kilovoltluq 4–cü, respublika üzrə isə 44–cü belə yarımstansiyadır.

Diqqətə çatdırıldı ki, əvvəlki yarımstansiya 8 kəndi və 3637 abonenti əhatə edirdisə, “Daş Salahlı” artıq 22 kəndi, 19364 abonenti, o cümlədən Qazax və Ağstafa rayonlarındakı sosial obyektləri və istehsal müəssisələrini dayanıqlı elektrik enerjisi ilə təmin edəcək. Həmçinin bu yarımstansiyanın istifadəyə verilməsi ilə regionda mövcud güc çatışmazlığı aradan qalxacaq, növbəti illərdə enerjiyə yaranacaq tələbat ödəniləcək.

Məlumat verildi ki, yeni yarımstansiya ən son elmi-texniki yeniliklərə əsaslanan “eleqaz”, “vakuum” tipli avadanlıqlarla təchiz edilməklə yanaşı, məsafədən idarə olunan SCADA dispetçer sisteminə də qoşulub.

Sonra Prezident İlham Əliyevə foto-video slayd vasitəsilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyəti dövründə görülən işlər barədə məlumat verildi.

Dövlətimizin başçısı “Daş Salahlı” yarımstansiyasını işə saldı.

Bildirildi ki, bu yarımstansiya ilə birlikdə respublikanın digər bölgələrində yeni tikilib istismara hazır olan 110 kilovoltluq 10, 35 kilovoltluq 19 yarımstansiya istismara verilir.

Dövlətimizin başçısı 35 və 6 kilovoltluq Qapalı Paylayıcı Qurğulara baxdı.

Paylayıcı qurğular son elmi-texniki yeniliklər əsasında qurulub. Ən son texnologiyalara əsaslanan bu cür layihələr həm paytaxtda, həm də bölgələrdə yenidənqurma tədbirlərinin ardıcıl xarakter aldığını bir daha təsdiq edir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında