Prezident İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektorunu qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 29-da Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunovu qəbul edib. 

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov Bakıya hər səfərinin, xüsusilə çoxlu sayda görkəmli insanların toplaşdığı V Bakı Beynəlxalq Humanitar Forumunda iştirakının onun üçün əlamətdar hadisə olduğunu vurğuladı. Prezident İlham Əliyevin forumdakı nitqinə toxunan Anatoli Torkunov dövlətimizin başçısının bu çıxışında deyilən fikirlərin böyük əhəmiyyət daşıdığını və müzakirələrin daha maraqlı keçməsinə yaxşı imkan yaratdığını dedi. O, forumun ayrı-ayrı plenar iclaslarında və “dəyirmi masa”larda aparılacaq müzakirələrin səmərəli olacağına əminliyini bildirdi. Anatoli Torkunov Rusiya nümayəndələrinin Bakı Beynəlxalq Humanitar Forumuna böyük maraq göstərdiklərini dedi.

Dövlətimizin başçısı Bakı Beynəlxalq Humanitar Forumunda konkret məsələlər üzrə maraqlı müzakirələrin aparılmasından məmnunluğunu ifadə etdi. Prezident İlham Əliyev dünyanın elmi və siyasi elitasının bir məkana toplanması və dünyada humanitar sahədə mövcud olan boşluğun doldurulması baxımından Bakı Beynəlxalq Humanitar Forumunu nadir beynəlxalq tədbirlərdən biri kimi dəyərləndirdi. Avropada humanitar məsələlərə əsasən miqrantların problemi nöqteyi-nəzərindən baxıldığını vurğulayan Prezident İlham Əliyev bu problemləri doğuran səbəblərin müəyyənləşdirilməsinin və diqqətdə saxlanılmasının vacibliyini bildirdi. Dövlətimizin başçısı bu kimi məsələlərin açıq müzakirə edilməsi baxımından Bakı Beynəlxalq Humanitar Forumunun yaxşı imkan yaratdığını və cəlbedici olduğunu dedi. Prezident İlham Əliyev Rusiya Prezidenti Vladimir Putinin hər il olduğu kimi bu il də forum iştirakçılarına təbrik göndərməsinin vacibliyini xüsusi vurğulayaraq Azərbaycanın və Rusiyanın Bakı Beynəlxalq Humanitar Forumunun həmtəsisçiləri olduğunu məmnunluqla qeyd etdi.

Görüşdə Azərbaycan ilə Rusiya arasında əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən elm və təhsil sahələrində uğurla inkişaf etdiyi bildirildi, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutu ilə əməkdaşlığın bu işə böyük töhfə verdiyi qeyd olundu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında