Yenidən qurulan Heydər Əliyev parkı sumqayıtlıların sevimli istirahət məkanıdır

Sentyabrın 27-də Azərbaycan Respublikasının ­Prezidenti İlham Əliyev Sumqayıtda əsaslı təmir edilərək yenidən qurulan Heydər Əliyev parkında yaradılan şəraitlə tanış olub.

AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı elektromobillə parkın ərazisini gəzdi.

Məlumat verildi ki, son dövrlərdə Sumqayıtda əsaslı təmir olunaraq yenidən qurulan istirahət məkanlarından biri də Heydər Əliyev parkıdır. Parkın ümumi sahəsi 8 hektardır. Bu park 1995-1996-cı illərdə salınıb. Ötən ildən başlayan əsaslı təmir və yenidənqurma işlərindən sonra parkın ərazisi genişləndirilərək 15 min kvadratmetrə çatdırılıb. Görülən işlər çərçivəsində parkın girişi və saat qülləsi yenidən qurulub. Burada Bayraq Meydanı da yaradılıb. Buradakı bayraq dirəyinin hündürlüyü 67 metrdir.

Qeyd edildi ki, parkın ərazisində aparılan geniş abadlıq işləri çərçivəsində 5 mindən çox ağac əkilib, 25 min kvadratmetr ərazi yaşıllaşdırılıb. Şəhər sakinlərinin və qonaqların istirahəti üçün parkda hər cür şərait yaradılıb. Heydər Əliyev Mərkəzi, Şahmat Məktəbi, Uşaq İncəsənət Məktəbi bu parkın ərazisində yerləşir.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında