Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavinini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 25-də Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini, MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının rəhbəri İlyas Umaxanovu qəbul edib. 

İlyas Umaxanov Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasını və Dövlət Dumasını, eləcə də altı ölkəni təmsil edən nümayəndə heyəti ilə ölkəmizə səfər etdiyini vurğuladı. İlyas Umaxanov başçılıq etdiyi missiyanın Azərbaycanın müxtəlif regionlarında müşahidələr aparacağını dedi. O, referendumun yüksək standartlara uyğun şəkildə təşkil olunmasından məmnunluğunu ifadə etdi.

Prezident İlham Əliyev Rusiya Federasiyası Federal Məclisinin Federasiya Şurasının sədr müavini İlyas Umaxanovun rəhbərliyi ilə MDB Parlamentlərarası Assambleyasının müşahidə missiyasının ölkəmizə səfərinin önəmini vurğuladı. Dövlətimizin başçısı referendumun şəffaf keçirilməsi üçün bütün lazımi şəraitin yaradıldığını bildirdi.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

  AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında