Azərbaycan Prezidenti İlham Əliyev Bişkekdə Moldovanın Baş naziri Pavel Filip ilə görüşüb

Xüsusi müxbirimiz xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 16-da Bişkekdə Moldova Respublikasının Baş naziri Pavel Filip ilə görüşüb.

Görüşdə ölkələrimiz arasında münasibətlərin yaxşı səviyyədə olduğu bildirildi, əlaqələrimizin böyük potensiala malik olmasından məmnunluq ifadə edildi. Azərbaycan və Moldovanın beynəlxalq təşkilatlar çərçivəsindəki əməkdaşlığının yüksək səviyyədə olduğu vurğulandı. Ölkələrimiz arasında əməkdaşlığın daha da inkişaf etdirilməsində hər iki tərəfin maraqlı olduğu diqqətə çatdırıldı, iqtisadi, ticari, nəqliyyat, energetika, sərmayə qoyuluşu, kənd təsərrüfatı sahələrində yaxşı əməkdaşlığın mövcudluğu qeyd edildi. Hökumətlərarası komissiyanın fəaliyyətinin daha da fəallaşdırılması, bu istiqamətdə qarşılıqlı səfərlərin həyata keçirilməsi ilə bağlı fikir mübadiləsi aparıldı.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında