Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub

Sentyabrın 3-də Salyan şəhərinə Şirvan-Muğan magistral kəmərindən çəkilmiş yeni içməli su xəttinin açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mərasimdə iştirak edib.

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin sədri Qorxmaz Hüseynov dövlətimizin başçısına məlumat verdi ki, yeni layihənin icrası nəticəsində 35 mindən artıq əhalisi olan Salyan şəhərinin 12 min 500 sakini mərkəzləşdirilmiş qaydada içməli su ilə təmin olunacaq.

Diqqətə çatdırılıb ki, “Azərsu” ASC-nin mütəxəssisləri Salyan şəhərinin fasiləsiz və dayanıqlı su ilə təmin olunması üçün yeni layihə hazırlayıblar. Həmin layihənin birinci mərhələsində 9 kilometr magistral və 28 kilometr paylayıcı su xətlərinin, həmçinin ümumi tutumu 15 min kubmetr olan 2 su anbarının tikintisi, 7 min sayğacın quraşdırılması nəzərdə tutulur. Bu işlərin görülməsi nəticəsində şəhərdə mərkəzləşmiş qaydada su alan əhalinin sayının 2 dəfə artırılaraq 25 min nəfərə çatdırılması mümkün olacaq.

Salyanın içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi üzrə şəhərdə 130 kilometr içməli su, 123 kilometr kanalizasiya şəbəkəsinin tikintisi planlaşdırılır. Eyni zamanda, 9 kilometr uzunluğunda kanalizasiya kollektorunun və məhsuldarlığı sutkada 20 min kubmetr olan tullantı sularını təmizləyəcək qurğunun inşası nəzərdə tutulub. Ümumilikdə, perspektiv inkişaf nəzərə alınmaqla layihədən 35 mindən artıq insan faydalanacaq.

Burada rayon ictimaiy­yətinin nümayəndələri ilə görüşən dövlətimizin ­başçısı çıxış etdi.

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında