Masallıda Bayraq Meydanı və Azərbaycanın Dövlət Rəmzləri Muzeyi açılıb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 3-də Masallıda Bayraq Meydanının və Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin açılışını edib.

Prezident İlham Əliyevə məlumat verildi ki, Bayraq Meydanının və Dövlət Rəmzləri Muzeyinin inşasına  2014-cü ildə başlanıb və tikinti işləri yüksək səviyyədə başa çatdırılıb. Bayraq Meydanının ümumi sahəsi 1,3 hektardır. Meydanda hündürlüyü  62 metr olan bayraq dirəyi ucaldılıb, tikintialtı sahəsi 78 kvadratmetr olan fəvvarə inşa olunub. Ərazidə geniş abadlıq işləri görülüb, 4310 kvadratmetr yaşıllıq zolağı salınıb, müasir suvarma və işıqlandırma sistemləri yaradılıb.

Dövlətimizin başçısı Azərbaycanın Dövlət Rəmzləri Muzeyinin rəmzi açılışını bildirən lenti kəsdi və ekspozisiya ilə tanış oldu.

Bildirildi ki, ekspozisiya zalından və köməkçi otaqlardan ibarət Dövlət Rəmzləri Muzeyində tariximizin müxtəlif dövrlərinə aid eksponatlar, bayraqlar və dövlət rəmzləri qorunur. Bütün bunlar həm Masallı sakinlərində, həm də rayona gələn qonaqlarda şanlı tariximiz haqqında təsəvvür yaratmağa geniş imkanlar açır.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında