Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Avtomobil Federasiyasının prezidentini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 19-da Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Todu qəbul edib.

Beynəlxalq Avtomobil Federasiyasının prezidenti Jan Tod Bakıda “Formula-1” yarışının yüksək səviyyədə təşkil olunduğunu vurğuladı. O, tədbirin önəmini yüksək qiymətləndirərək bunun təkcə Azərbaycanda deyil, beynəlxalq aləmdə, o cümlədən regionda mühüm əhəmiyyət daşıdığını dedi.

“Formula-1” yarışının əhəmiyyətini qeyd edən dövlətimizin başçısı tədbirin beynəlxalq əməkdaşlığa töhfə verdiyini bildirdi. Prezident İlham Əliyev yarışın Azərbaycana gələn turistlərin ölkəmizlə yaxından tanış olmaları üçün yaxşı imkan yaratdığını vurğuladı.

Görüşdə Azərbaycan ilə Beynəlxalq Avtomobil Federasiyası arasında uğurlu əməkdaşlıqdan məmnunluq ifadə olundu.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında