Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın ədliyyə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyunun 9-da Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovu qəbul edib.

Görüşdə Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında ikitərəfli münasibətlərin bütün sahələrdə uğurla inkişaf etdiyi bildirildi, ölkələrimizin müxtəlif strukturları, o cümlədən hüquq-mühafizə və ədliyyə orqanları arasında əməkdaşlığın bu münasibətlərin möhkəmləndirilməsi işinə öz töhfəsini verdiyi qeyd olundu. Söhbət  zamanı ölkələrimizin ədliyyə orqanları arasında qarşılıqlı fəaliyyətin, o cümlədən insanlara hüquqi yardımın göstərilməsi sahəsində sıx əməkdaşlığın həyata keçirilməsinin əhəmiyyətindən danışıldı, Rusiya Federasiyasının ədliyyə naziri Aleksandr Konovalovun Azərbaycana səfərinin əlaqələrimizin daha da möhkəmləndirilməsi baxımından önəmi qeyd olundu.

Görüşdə əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında