Azərbaycan Prezidenti İlham Əliyev Fransanın keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Fransanın keçmiş Baş naziri Dominik de Villpeni qəbul edib.

Yenidən Bakıya səfər etməsindən məmnunluğunu bildirən Dominik de Villpen iştirak etdiyi BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun uğurla keçdiyini dedi, iqtisadi və siyasi vəziyyətin asan olmadığı indiki dövrdə Azərbaycanda inkişafın şahidi olduğunu vurğuladı. O, Azərbaycanın uzun illər dostu olduğunu qeyd etdi.

Prezident İlham Əliyev Fransanın keçmiş Baş naziri Dominik de Villpenlə Bakıda və Parisdə keçirdiyi görüşləri məmnunluqla xatırlayaraq qonağın Forumda iştirakının əhəmiyyətini vurğuladı.

Görüşdə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda müzakirə edilən məsələlərin önəmi qeyd olundu, tədbirin beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığı vurğulandı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında