Azərbaycan Prezidenti İlham Əliyev IV Nüvə Təhlükəsizliyi Sammitində iştirak edib

Xüsusi müxbirimiz xəbər verir ki, aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edib.

Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunub.

Zirvə görüşünün “Nüvə təhlükəsizliyini gücləndirmək üçün milli fəaliyyətlər” mövzusunda açılış sessiyasında çıxış edən ABŞ Prezidenti Barak Obama Sammit iştirakçılarını salamladı. İlk Sammitin altı il bundan əvvəl Vaşinqtonda keçirildiyini xatırladan Barak Obama həmin vaxtdan dünyada nüvə təhlükəsizliyinin təmin olunması sahəsində bir çox işlərin görüldüyünü diqqətə çatdırdı.

ABŞ Prezidenti dövlətlərin dünyanın nüvə materiallarının qorunması istiqamətində konkret addımlar atılmasını üzərlərinə öhdəlik götürdüklərini bildirdi. Prezident Barak Obama ötən dövrdə nüvə təhlükəsizliyi məsələsi ilə bağlı yeni düşüncə tərzinin formalaşdığını və fəaliyyətlərin qəbul edildiyini dedi. Bildirdi ki, bu, XXI əsrin heç bir ölkənin təkbaşına öhdəsindən gələ bilmədiyi təhlükəsizlik çağırışlarına qarşı birgə mübarizənin gözəl nümunəsidir.

Prezident Barak Obama nüvə təhlükəsizliyinin ən yüksək prioritet olduğunu, bununla bağlı dövlətlərin öz üzərlərinə 250 öhdəlik götürdüyünü və indiyədək bu öhdəliklərin dörddə üçünün yerinə yetirildiyini diqqətə çatdırdı. O, nüvə materiallarının qaçaqmalçılığının qarşısının alınması üçün hazırda daha çox ölkənin əməkdaşlıq qurduğunu, yüzdən artıq dövlətin “Nüvə materialının fiziki mühafizəsi haqqında” Konvensiyanı ratifikasiya etdiyini bildirdi.

Niderland Krallığının Baş naziri Mark Rütte çıxışında 2010-cu ildə ABŞ Prezidenti Barak Obamanın irəli sürdüyü təşəbbüsün nüvə təhlükəsinə qarşı müdafiənin gücləndirilməsi baxımından əhəmiyyətini qeyd etdi. Baş nazir 2014-cü ildə Haaqada keçirilən Sammitdən sonra nüvə təhlükəsizliyi sahəsində bir sıra irəliləyişlərin olduğunu söylədi. Nüvə təhlükəsizliyinin təmin olunmasının bəşəriyyətin gələcəyi üçün bizim üzərimizə yüksək öhdəlik qoyduğunu deyən Mark Rütte bu sahədə dövlətlər arasında daha sıx əməkdaşlığın əhəmiyyətini vurğuladı. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə çıxış etdi.

Sonra dövlət və hökumət başçıları birgə foto çəkdirdilər.

 

*  *  *

 

Daha sonra “Nüvə təhlükəsizliyini gücləndirmək üçün beynəlxalq və institusional fəaliyyətlər” adlı işçi nahar oldu.

Prezident İlham Əliyev naharda iştirak etdi.

(Tədbirdən geniş hesabat qəzetin növbəti nömrəsində dərc ediləcək).

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında