Prezident İlham Əliyev Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin latviyalı və misirli həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 8-də Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin həmsədrləri, Latviya Respublikasının keçmiş Prezidenti xanım Vayra Vike-Freyberqanı və Misirin İsgəndəriyyə Kitabxanasının direktoru İsmail Serageldini qəbul edib.

Görüşdə Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin keçirdiyi Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı. Forumun ənənəvi olaraq hər il yüksək səviyyədə təşkil edildiyi bildirildi. Qlobal Bakı Forumunun ildən-ilə genişləndiyi və tədbirə marağın getdikcə daha da artdığı vurğulandı. 

Söhbət zamanı qonaqlar qeyd etdilər ki, forumun uğur qazanması Prezident İlham Əliyevin nüfuzu, uzaqgörənliyi və dəstəyi sayəsində mümkün olub.  

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında