Azərbaycan Prezidenti İlham Əliyev İordaniyanın keçmiş baş naziri Abdelsalam Al-Macalini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 9-da İordaniya Haşimilər Krallığının keçmiş Baş naziri Abdelsalam Al-Macalini qəbul edib.

Keçmiş Baş nazir Abdelsalam Al-Macali İordaniyanın Kralı II Abdullahın salamlarını və forum münasibətilə təbriklərini dövlətimizin başçısına çatdırdı. Azərbaycanın son illər ərzində böyük uğurlar qazandığını sevinc hissi ilə qarşıladığını qeyd edən Abdelsalam Al-Macali ölkəmizdə və paytaxtımızda aparılan quruculuq işlərinin onda xoş təəssürat yaratdığını bildirdi.

Görüşdə IV Qlobal Bakı Forumunun beynəlxalq əhəmiyyətindən danışıldı, tədbirə olan marağın ildən-ilə artmasının önəmi qeyd olundu, forum iştirakçılarının ölkəmizlə yaxından tanış olmaları üçün tədbirin yaxşı fürsət yaratdığı bildirildi.

Abdelsalam Al-Macali İordaniya Kralı II Abdullahın məktubunu Prezident İlham Əliyevə təqdim etdi.

Dövlətimizin başçısı İordaniya Kralı II Abdullahın salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını İordaniyanın Kralına çatdırmağı xahiş etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında