Prezident İlham Əliyev Dövlət Bayrağı Muzeyinin açılışında iştirak etmişdir

{nl}

Noyabrın 9-da - Dövlət Bayrağı Günündə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Dövlət Bayrağı Muzeyinin açılışında iştirak etmişlər.
Muzey Azərbaycan Prezidentinin müvafiq sərəncamı ilə inşa olunmuş və bu il sentyabrın 1-də təntənəli açılış mərasimi keçirilmiş Dövlət Bayrağı Meydanında yaradılmışdır. Prezident İlham Əliyevin təşəbbüsü ilə səkkizguşəli ulduz formasında yaradılmış muzey Dövlət Bayrağı Meydanında bayraq dirəyinin pyedestalının altında yerləşir.
Dövlətimizin başçısı İlham Əliyev açılışı bildirən lenti kəsdi və muzeylə tanış oldu.
Azərbaycanlı memar və dizaynerlərin layihələri əsasında qurulan və tərtibatında müasir dizayn texnologiyalarından istifadə olunan muzeydə müxtəlif dövrlərdə Azərbaycan ərazisində mövcud olmuş dövlətlərin, xanlıqların, o cümlədən İrəvan xanlığının bərpa olunmuş bayraqları, həmçinin XVII-XVIII əsrlərə aid bayraqların uc elementləri, gerblər, Azərbaycan Respublikasının müxtəlif illərdə qəbul olunmuş konstitusiyaları, poçt markaları, pul nişanlarının nümunələri, orden və medalları, ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə müstəqil Azərbaycan dövlətinin yaranması, formalaşması və inkişafını, Prezident İlham Əliyevin ölkəmizin tərəqqisi ilə bağlı fəaliyyətini əks etdirən çoxsaylı fotolar və sənədlər, ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin prezident seçildikdən sonra andiçmə mərasimlərində öpdükləri dövlət bayraqları, Silahlı Qüvvələrin Ali Baş Komandanının bayrağı, Silahlı Qüvvələrin qoşun növlərinin döyüş bayraqları və mərasim geyimləri nümayiş olunur.
Dünyada bu cür nadir muzeylərdən biri olan Dövlət Bayrağı Muzeyində, həmçinin Ginnes dünya rekordları təşkilatının Azərbaycanın dövlət bayrağı dirəyinin dünyada ən hündür bayraq dirəyi olduğunu təsdiq edən sertifikatı, müxtəlif kitablar, fotoşəkillər, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin Türkiyədəki səfirliyinin binası üzərində dalğalanmış bayraq da nümayiş olunur. Buradakı eksponatların çoxu ilk dəfə nümayiş etdirilir. Muzeydə multimedia qurğusu da vardır.
Muzeylə tanışlıqdan sonra Prezident İlham Əliyev xatirə kitabına ürək sözlərini yazdı.
Sonra dövlətimizin başçısı Dövlət Bayrağı Meydanının ətrafında aparılan abadlıq-quruculuq işləri ilə tanış oldu.
Məlumat verildi ki, hazırda Dövlət Bayrağı Meydanının ətrafında tikinti və abadlıq işləri sürətlə davam etdirilir. Ərazidə kiçik parklar, istirahət guşələri və yaşıllıq zolaqları yaradılır.
Bu işlər Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2010-cu ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına həsr olunmuş iclasında dövlətimizin başçısının Dənizkənarı Milli Parkın Dövlət Bayrağı Meydanı istiqamətində genişləndirilməsi ilə bağlı tapşırıqlarına əsasən həyata keçirilir. İşlərin tam yerinə yetirilməsi üçün ərazidə bəzi köçürülmələr də aparılacaqdır. Dövlət Bayrağı Meydanından sonrakı hissənin abadlaşdırılması üçün də gələcəkdə ayrıca layihə hazırlanacaqdır.
Prezident İlham Əliyev işlərin yüksək səviyyədə və keyfiyyətlə aparılmasına dair tapşırıq və tövsiyələrini verdi.
AzərTAc

{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında