Gəncədə 240 yerlik körpələr evi-uşaq bağçasında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanışlıq

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 17-də “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyinin balansında olan 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmirdən sonra açılışında iştirak edib.

Uşaqların təlim-tərbiyəsinin təşkili, onların sağlamlığının qorunması həyata keçirilən dövlət siyasətində əsas yerlərdən birini tutur. Bu istiqamətdə görülən mühüm tədbirlər sırasında mövcud körpələr evləri və uşaq bağçalarının əsaslı təmiri, yenilərinin inşası xüsusi yer tutur. Bununla bağlı görülən genişmiqyaslı işlər ölkənin gələcəyi olan uşaqlara diqqət və qayğıdan irəli gəlir. Gəncədəki 240 yerlik körpələr evi-uşaq bağçasının əsaslı təmiri bu diqqətin daha bir nümunəsidir.

Binada uşaqların gələcəyin sağlam vətəndaşı kimi yetişmələri üçün hərtərəfli imkanlar var. Burada qruplar yaradılarkən müasir təlim-tərbiyə qaydaları rəhbər tutulub. Balacaların intellektual, fiziki və əqli inkişafı, onların istedad və qabiliyyətlərinin üzə çıxması, sağlamlıqlarının qorunması, insanlarla ünsiyyətin qurulması diqqət mərkəzində saxlanılır.

Azərbaycan Prezidenti körpələr evi-uşaq bağçasının binasının rəmzi açılışını bildirən lenti kəsdi.

Dövlətimizin başçısına məlumat verildi ki, yenidənqurma işləri zamanı bağçanın ərazisi hasarlanıb, yaşıllıq zolağı yaradılıb, uşaqların istirahətini mənalı təşkil etmək üçün yay çardaqları, əyləncə və oyun avadanlığı quraşdırılıb. Bina üçün su anbarı, qazanxana tikilib.

İkimərtəbəli bağça binasının idman zalı, üzgüçülük hovuzu müasir səviyyədə təmir olunub. Burada qrup, yataq və soyunub-geyinmə, şahmat və tibb otaqları, oyun zalı, metodik kabinet təşkil olunub.

Diqqətə çatdırıldı ki, bağçada 9 qrupda hazırda 164 körpə var. Onlardan 64-ü “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyində çalışan işçilərin övladıdır. Körpələr evi-uşaq bağçasında ingilis dilini və şahmatı dərindən öyrənmək məqsədilə əlavə dərslər tədris olunur. Bağçada tərbiyə alan uşaqların daşınması xüsusi avtobusla mühafizəçilərin nəzarəti altında həyata keçirilir. Körpələr evi-uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 19 nəfər məşğul olur.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında