“Gəncə – 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanışlıq

Fevralın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Gəncə – 2016-cı il Avropa Gənclər paytaxtı” parkında yaradılan şəraitlə tanış olub.

Gəncə artıq qitə əhəmiyyətli şəhərlərdən birinə çevrilib. Bu baxımdan şəhərin “2016-cı il Avropa Gənclər paytaxtı” elan olunması təsadüfi deyil. Bununla bağlı həyata keçirilən tədbirlər sırasında “Gəncə – 2016-cı il Avropa Gənclər paytaxtı” parkının inşası mühüm yer tutur.

Məlumat verildi ki, parkın inşasına 2015-ci ildə başlanılıb. Tikinti işləri ilin sonunda başa çatdırılıb. Park şəhərin daxili imkanları hesabına inşa olunub. Ümumi sahəsi 1,8 hektar olan parkda geniş tikinti-quruculuq və abadlıq işləri aparılıb, yaşıllıq zolaqları salınıb. Parkın mərkəzində hündürlüyü 5 metr olan “Gəncliyin qanadları” abidəsi ucaldılıb. Bu da parkın dizaynına maraqlı elementlər əlavə edib, bu istirahət guşəsini zövqlü formalarla zənginləşdirib. Gəncənin 2016-cı ildə “Avropanın Gənclər paytaxtı” olması ilə bağlı burada xüsusi kompozisiya da quraşdırılıb. 

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında