Azərbaycan Prezidenti İlham Əliyevin Almaniyaya işgüzar səfəri

Prezident İlham Əliyev Almaniyanın xarici işlər naziri ilə görüşüb

Fevralın 13-də Münxendə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Almaniya Federativ Respublikasının xarici işlər naziri Frank-Valter Ştaynmayer ilə görüşüb.

Görüşdə Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin uğurla inkişafından məmnunluq ifadə edildi. Münasibətlərimizin daha da inkişaf etdirilməsi baxımından belə görüşlərin və səfərlərin əhəmiyyəti qeyd olundu. Beynəlxalq böhranın davam etdiyi və neftin qiymətinin aşağı düşdüyü bir dövrdə Azərbaycanda iqtisadi inkişafın, xüsusilə də qeyri-neft sektorunun daha da inkişafına diqqət yetirilməsinin, sosial proqramların icrasının təmin olunmasının əhəmiyyəti vurğulandı.

Almaniyanın bu ildən ATƏT-ə sədrliyi dövründə Azərbaycan ilə bu təşkilat arasında əməkdaşlıq məsələlərinin müzakirə olunduğu görüşdə Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə dair hazırkı vəziyyətlə bağlı fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında