Azərbaycan Respublikası Prezidentinin Mətbuat Xidmətinin məlumatı

Yanvarın 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Həsən Ruhaniyə telefonla zəng edib.

Dövlətimizin başçısı İrana qarşı tətbiq edilən sanksiyaların götürülməsi münasibətilə İran Prezidentinə və xalqına təbriklərini çatdırdı və uğurlar arzuladı.

Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycan həmişə bu sanksiyaların əleyhinə olub və bununla bağlı rəsmi açıqlamalar verib. Azərbaycan Prezidenti sanksiyaların götürülməsindən bir daha məmnunluğunu bildirdi.

İran Prezidenti Həsən Ruhani təbriklərinə və xoş sözlərinə görə dövlətimizin başçısı İlham Əliyevə minnətdarlığını çatdırdı və əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əminliyini bildirdi.

Dövlət başçıları ölkələrimiz arasında dostluq və əməkdaşlıq münasibətlərinin müxtəlif sahələrdə inkişafı, enerji məsələləri, ölkələrimizin dəmir yollarının birləşdirilməsi, Astara-Astara dəmir yolu xəttinin çəkilişi, investisiya layihələrinin icrası və digər məsələləri müzakirə etdilər.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında