Geniş tərkibdə görüş

Xüsusi müxbirimiz xəbər verir ki, noyabrın 6-da təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham

Əliyevin və Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib.

İrakli Qaribaşvili ölkələrimiz arasında qardaşlıq münasibətlərinin mövcud olduğunu bildirdi.

Yenidən Gürcüstanda olmaqdan məmnunluğunu ifadə edən dövlətimizin başçısı İlham Əliyev Baş nazir İrakli Qaribaşvili ilə Bakıdakı və indiki görüşlərinin çox yaxşı göstərici olduğunu vurğuladı. Əlaqələrimizin inkişafı üçün gözəl imkanların mövcud olduğunu deyən Prezident İlham Əliyev birgə həyata keçirilən layihələrin münasibətlərimizin daha da genişlənməsinə təkan verəcəyinə əminliyini ifadə etdi.

Görüşdə energetika, elektroenergetika, nəqliyyat, dəmir yolu, infrastruktur, humanitar, qarşılıqlı sərmayə qoyuluşu sahələrində əməkdaşlığın inkişafı məsələləri müzakirə edildi.

Söhbət zamanı Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi ilə də bağlı fikir mübadiləsi aparıldı.

Sonra dövlətimizin başçısı Tbilisi şəhərinin mənzərəsini seyr etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında