Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 1-də  Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri, Filippin parlamentinin Nümayəndələr Palatasının keçmiş sədri Jose de Venesia və təşkilatın Daimi Komitəsinin həmsədri və baş katibi Çunq Eu Yonqu qəbul edib.

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədri Jose de Venesia Azərbaycana səfərdən məmnun olduqlarını bildirdi. Jose de Venesia Azərbaycanda parlament seçkilərinin yüksək səviyyədə təşkil olunduğunu və keçirildiyini dedi. Həmsədri olduğu təşkilatda Asiyanın 340-a qədər iqtidar və müxalifət partiyasının təmsil olunduğunu vurğulayan Jose de Venesia Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının Qadınlar Qolunun əsasının Bakıda, həmçinin Gənclər Qolunun əsasının isə Azərbaycan paytaxtında və Kuala Lumpurda qoyulmasını  məmnunluqla qeyd etdi. O dedi: “Sizin rəhbərliyiniz və Yeni Azərbaycan Partiyası sayəsində hökumətinizlə Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı arasında  çox güclü, sağlam və dinamik əlaqələr mövcuddur”.

Asiyadan olan tərəfdaşlarımızla əməkdaşlığın əhəmiyyətli prioritet olduğunu vurğulayan dövlətimizin başçısı Azərbaycanın Asiya siyasi partiyaları ilə əlaqələri genişləndirməyə önəm verdiyini qeyd etdi, Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransının tədbirlərinin Bakıda uğurla keçirilməsindən məmnunluğunu bildirdi. Dost ölkələrlə əlaqələri gücləndirməyin zəruriliyini bildirən Prezident İlham Əliyev partiyalar arasında siyasi dialoqun həyata keçirilməsinin əhəmiyyətini vurğulayaraq bu sahədə əməkdaşlığın genişləndirilməsinin ölkələrarası əlaqələrin möhkəmləndirilməsi işinə töhfə verəcəyini dedi. Prezident İlham Əliyev Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı Daimi Komitəsinin həmsədrlərinin Azərbaycana səfərinin tərəfdaşlığımızı gücləndirmək üçün yeni imkanların müəyyənləşdirilməsi baxımından fikir mübadiləsi aparmaq üçün yaxşı fürsət yaratdığını bildirdi. Dövlətimizin başçısı Azərbaycanın bundan sonra da Asiyada siyasi partiyalar arasında əməkdaşlığı genişləndirmək üçün əhəmiyyətli rol oynayacağını qeyd etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında