“İlham Əliyev. İnkişaf – məqsədimizdir” çoxcildliyinin iyirmi ikinci cildi çapdan çıxıb

“Biz imkan verə bilmərik ki, insanlar bazar iqtisadiyyatına xas olan prinsiplərin Azərbaycanda tətbiqindən əziyyət çəksinlər. Biz adada yaşamırıq. Xüsusilə son illər ərzində Azərbaycanın uğurlu iqtisadi inkişafı ona gətirib çıxarıb ki, biz artıq dünya iqtisadiyyatının bir hissəsiyik. Bizim iqtisadiyyatımız dünya iqtisadiyyatına xas olan qanunlarla idarə olunur. Başqa yol yoxdur. Bəlkə də var, amma o ölkələrdə ki, onlar həm siyasi cəhətdən, həm iqtisadi cəhətdən özlərini dünyadan təcrid ediblər. O ölkələrin uğurları müvəqqəti xarakter daşıyır və yalnız süni amillərlə tənzimlənir. Biz isə dünya iqtisadiyyatına inteqrasiya edirik. Azərbaycan həm siyasi, həm iqtisadi, həm də geosiyasi cəhətdən dünya üçün çox önəmli ölkəyə çevrilir və əlbəttə ki, bazar iqtisadiyyatı prinsiplərinin Azərbaycanda tətbiqi labüddür, mümkündür və vacibdir. Ona görə bütün bu amilləri nəzərə alaraq, eyni zamanda, insanların sosial cəhətdən müdafiəsi üçün atılan addımlar da vacibdir və biz bunu edirik”.

Bu fikirlər yenicə çapdan çıxmış “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 22-ci cildində dövlətimizin başçısının sədrliyi ilə Nazirlər Kabinetinin 2006-cı ilin yekunlarına və 2007-ci ildə qarşıda duran vəzifələrə həsr olunmuş iclasındakı yekun nitqindən götürülüb.

Çoxcildliyin bu kitabına daxil olan materiallar 2006-cı ilin dekabrından 2007-ci ilin fevralınadək olan dövrü əhatə edir.

Bu cild Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan Milli Olimpiya Komitəsinin 2006-cı il ərzində gördüyü işlərə həsr olunmuş mərasimdəki nitqi ilə başlanır.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevin buraxılışına məsul olduğu çoxcildliyin bu nəşrində dövlətimizin başçısının Dünya İqtisadi Forumu çərçivəsində İsveçrəyə səfəri, eyni zamanda, Almaniyaya rəsmi səfəri zamanı dövlət və hökumət başçıları, digər yüksək vəzifəli şəxslərlə görüşləri, danışıqları zamanı çıxışları, Konrad Adenauer fondu tərəfindən təşkil olunmuş “Azərbaycan XXI əsrdə - inkişaf və perspektivlər” mövzusunda geniş müzakirələrdə nitqi və çoxsaylı suallara verdiyi cavablar, Azərbaycan-Almaniya biznes forumunda nitqi və s. öz əksini tapıb.

Bu nəşrdə, həmçinin Prezident İlham Əliyevin Fransaya dövlət səfəri zamanı Prezident Jak Şirak ilə danışıqları, bütün görüşlərdə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan ilə Fransa arasında siyasi, iqtisadi, humanitar və digər sahələrdə uğurlu inkişafdan, əməkdaşlıqdan bəhs edən materiallar, dövlətimizin başçısının kütləvi informasiya vasitələrinə verdiyi bəyanat və müsahibələri öz əksini tapıb.

Azərbaycan Prezidentinin Bakıda beynəlxalq təşkilatların təmsilçilərini, nüfuzlu beynəlxalq şirkətlərin nümayəndə heyətlərini, ayrı-ayrı dövlətlərin yüksək vəzifəli şəxslərini qəbul etməsinə, ölkəmizdə keçirilən müxtəlif tədbirlərdə iştirakına, ictimai-siyasi həyatda fəal sosial təbəqə olan gənclərlə görüşünə, habelə respublikamızda çoxşaxəli sosial-iqtisadi inkişaf strategiyasının inamla davam etdirilməsinə, yeni infrastruktur layihələrin həyata keçirilməsinə, xalqımızın rifahının yaxşılaşdırılmasına aid materiallar, həmçinin  imzaladığı fərmanlar və sərəncamlar da bu cilddə yer alıb.

Kitaba “Qeydlər”, “Şəxsi adlar”, “Coğrafi adlar” göstəriciləri də daxil edilib.

“Azərnəşr” tərəfindən buraxılmış 22-ci cildin hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC-ın) materiallarından istifadə olunub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında