Azərbaycan Prezidenti İlham Əliyev İtaliyanın “Snam” şirkətinin baş icraçı direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də İtaliyanın “Snam” şirkətinin baş icraçı direktoru Karlo Malakarnenin  rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Karlo Malakarne Azərbaycana ilk dəfə səfər etdiyini və qısa zamanda Bakıda həyata keçirilən abadlıq-quruculuq işlərinin onlarda dərin təəssürat yaratdığını dedi.

Dövlətimizin başçısı bu səfər zamanı İtaliyanın “Snam” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıqla bağlı məsələlərin müzakirə olunacağına və iki şirkət arasında imzalanacaq Anlaşma Memorandumunun bu əməkdaşlığın perspektivlərini müəyyənləşdirəcəyinə ümidvar olduğunu bildirdi.

Karlo Malakarne rəhbərlik etdiyi şirkətin Avropada aparıcı infrastruktur operatorlarından olduğunu vurğulayaraq “Snam” şirkətinin Azərbaycan Respublikası Dövlət Neft Şirkəti ilə əməkdaşlıq etməsindən məmnunluğunu ifadə etdi. O, bu əməkdaşlığın təkcə İtaliya deyil, Avropa səviyyəsində qaz təchizatı baxımından önəmini vurğuladı.

Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə öz töhfəsini verdiyini söyləyən dövlətimizin başçısı bu istiqamətdə İtaliyanın “Snam” şirkəti ilə Azərbaycan arasında müxtəlif sahələrdə güclü əməkdaşlığın həyata keçirilməsinin mümkün olduğunu dedi.

Avropanın qaz təchizatı sahəsində rəhbərlik etdiyi şirkətin fəaliyyəti barədə məlumat verən qonaq Azərbaycanın Avropanın yeni qaz təchizatçısı kimi önəmini diqqətə çatdırdı.

“Cənub” qaz dəhlizinin bütün tərəflər üçün çox əhəmiyyətli layihə olduğunu vurğulayan Prezident İlham Əliyev Azərbaycanın bu istiqamətdə aparıcı rol oynadığını qeyd etdi. Dövlətimizin başçısı Azərbaycanın təşəbbüsü ilə irəli sürülən TANAP layihəsinin əhəmiyyətinə toxunaraq bildirdi ki, ölkəmiz “Cənub” qaz dəhlizinin bütün seqmentlərində fəal təmsil olunur. Prezident İlham Əliyev qeyd etdi ki, Azərbaycanın gələcəkdə qaz təchizatçısı kimi rolu daha da artacaq. 

Görüşdə İtaliyanın “Snam” şirkəti ilə əməkdaşlığın perspektivlərinə dair məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında