Kürdəmirdə Bayraq Meydanı açılıb

Sentyabrın 17-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kürdəmir şəhərində Bayraq Meydanının açılışında iştirak edib.

Dövlətimizin başçısı əvvəlcə bayraq meydanının yerləşdiyi ərazinin əvvəlki  və indiki vəziyyətini əks etdirən fotostendə baxdı.

Dövlətimizin başçısı Bayraq Meydanının rəmzi açılışını bildirən lenti kəsdi.

Məlumat verildi ki, meydanda hündürlüyü 62 metr olan bayraq dirəyi ucaldılıb. Dirəyin yerləşdiyi üst meydançada dövlət himninin mətni, dövlət gerbinin və Azərbaycanın xəritəsinin təsvirləri yerləşdirilib. Burada Prezident İlham Əliyevin dövlət bayrağı haqqında söylədiyi kəlam qızılı hərflərlə həkk olunub. Bayraq Meydanı əhalinin asudə vaxtının səmərəli təşkili, dövlət rəmzlərinin təbliği və gənc nəslin dövlətçilik ənənələrinə sədaqət ruhunda tərbiyə edilməsi işinin yaxşılaşdırılması məqsədilə inşa olunub. 

Qeyd edildi ki, beş hektar sahədə yerləşən Bayraq Meydanının ərazisində geniş abadlıq-quruculuq işləri görülüb, fəvvarələr quraşdırılıb. Meydanda Bayraq Muzeyi inşa edilib, rayon gənclərinin asudə vaxtının və istirahətinin səmərəli təşkili məqsədilə gənclər kafesi inşa olunub. Burada, həmçinin idman qurğuları meydançası, velosiped zolağı salınıb.

Prezident İlham Əliyev Bayraq Muzeyi ilə tanış oldu.

Diqqətə çatdırıldı ki, muzeydə ölkəmizin tarixində mövcud olmuş bayraqlar, şəhərlərin gerbləri, Azərbaycanın orden və medallarının, həmçinin qədim pullarının nümunələri yer alır. Muzeydə ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin dövlət bayrağına bəslədikləri hörmət və ehtiramları özündə əks etdirən tarixi fotolar böyük maraqla qarşılanır.

Möhtəşəmliyi ilə diqqəti cəlb edən Bayraq Meydanı kürdəmirlilər və rayona gələn qonaqların hər birinin qəlbində iftixar və qürur hissi oyadır. Bütövlükdə, geniş yaşıllıq işlərinin aparıldığı kompleks rayonda gedən abadlıq-quruculuq tədbirlərinin ardıcıl xarakter aldığını nümayiş etdirir. Müasir səviyyədə inşa olunan bu meydan indi rayonun ən gözəl yerlərindən birinə çevrilib.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında