Prezident İlham Əliyev 5 nömrəli Bakı Peşə Liseyində aparılan yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub

Sentyabrın 12-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev paytaxtın Xətai rayonundakı 5 nömrəli Bakı Peşə Liseyində həyata keçirilən təmir və yenidənqurma işlərindən sonrakı vəziyyətlə tanış olub.

Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov görülən işlərlə bağlı Prezident İlham Əliyevə məlumat verdi.

Qeyd edildi ki, bu təhsil ocağı 1971-ci ildə respublikada radio-elektronika sənayesi üçün fəhlə kadrlarının hazırlanması məqsədilə Bakı radio zavodunun nəzdində açılıb. Peşə məktəbi 1985-ci ildə 960 yerlik bu kompleksə köçürülüb. 1996-cı ildə isə məktəbə 5 nömrəli Bakı Peşə Liseyi statusu verilib. Liseydə 2013-cü ildən yenidənqurma işləri başlayıb və yeni emalatxanalar yaradılıb. Bu il isə təhsil ocağının üçmərtəbəli tədris korpusunda təmir işlərinə başlanılıb və yüksək səviyyədə həyata keçirilib.

Dövlətimizin başçısı liseydə yaradılan şəraitlə yaxından tanış oldu. Bildirildi ki, liseydə 41 kabinet yaradılıb. Bunlardan 7-si fənn kabineti, 3-ü laboratoriya, 23-ü isə ümumtəhsil fənn kabinetidir. Təhsil ocağında 8 tədris emalatxanası var.

Qeyd olundu ki, lisey 2013-cü ildən ilk peşə ixtisas təhsili müəssisələrinin infrastrukturunun inkişafına yönələn, dövlət-biznes tərəfdaşlığına əsaslanan “Müasir Azərbaycan peşəkarları” layihəsinin icrasına başlayıb. Layihə çərçivəsində müxtəlif peşələr üzrə yüksək maddi-texniki bazaya malik tədris ocaqları yaradılıb. Liseydə turizm sektoruna aid ixtisasların hazırlanmasına da böyük əhəmiyyət verilir. Bunun nəticəsidir ki, bu il ölkəmizdə keçirilən ilk Avropa Oyunlarının iştirakçılarına xidmət göstərmək üçün müxtəlif peşələr üzrə 200 nəfərdən artıq kadr hazırlanıb.

Beş nömrəli Bakı Peşə Liseyində istehsalat təlim dərslərini yüksək səviyyədə həyata keçirmək üçün bütün ixtisaslara uyğun emalatxanalar yaradılıb və lazımi avadanlıqla təchiz olunub. Təhsil ocağının geniş akt zalında isə həm rayon, həm də respublika əhəmiyyətli tədbirlər keçirmək mümkündür.

Məktəbin idman zalı da müasir səviyyədədir. Liseydə bu ildən yeni fizika və kimya laboratoriyaları və kitabxana yaradılıb.

2015-2016-cı tədris ilində bir neçə dövlət qurumu və özəl təşkilatın sifarişi əsasında liseydə kadr hazırlığı nəzərdə tutulub.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında