Azərbaycan Prezidenti İlham Əliyev San-Marinonun xarici işlər nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 8-də San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentinini qəbul edib.

Dövlətimizin başçısı San-Marino Respublikasının Kapitan-Regentlərinin birinci Avropa Oyunlarının açılışında iştirakının, onlarla keçirdiyi görüşlərin və aparılan geniş fikir mübadiləsinin ölkələrimiz arasında ikitərəfli əlaqələrin inkişafı baxımından mühüm əhəmiyyət daşıdığını vurğuladı. Prezident İlham Əliyev əlaqələrimizin inkişafı üçün imkanların müəyyənləşdirilməsinin vacibliyini vurğuladı. Dövlətimizin başçısı San-Marino Respublikasının xarici işlər nazirinin ölkəmizə səfəri zamanı ikitərəfli münasibətlərimizin genişləndirilməsi ilə bağlı müxtəlif məsələlərin müzakirə ediləcəyinə ümidvar olduğunu bildirdi.

San-Marino Respublikasının xarici işlər naziri Paskal Valentini səfər proqramının geniş olduğunu dedi. O bildirdi ki, son 2 ay ərzində San-Marinodan iki nümayəndə heyətinin Azərbaycana səfər etməsi ölkəsinin Azərbaycan ilə əlaqələri genişləndirməkdə maraqlı olduğunu nümayiş etdirir.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında