Mingəçevir Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri ilə tanışlıq

Oktyabrın 14-də Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Mingəçevir su anbarının və Su Elektrik Stansiyasının yerləşdiyi əraziyə gəldilər.
Dövlətimizin başçısına Su Elektrik Stansiyasında aparılan yenidənqurma işləri barədə məlumat verildi. Bildirildi ki, stansiyadakı 6 maşın qurğusunun hər birinin gücü 70 meqavata çatdırılmaqla stansiyanın ümumi gücü 320 meqavatdan 420 meqavata qaldırılacaqdır. Bu artım su sərfi dəyişmədən mümkün olacaqdır. Avadanlıq Fransanın "Areva" şirkətindən alınır, tikinti-quraşdırma işlərini isə yerli "Azenko" şirkəti aparır. Layihə çərçivəsində stansiyanın yarımstansiyası tamamilə yenidən qurulacaq, idarəetmə məntəqəsinin yeri dəyişdiriləcək və tam avtomatlaşdırılacaqdır.
Prezident İlham Əliyev yenidənqurma işlərinin vaxtında və keyfiyyətlə görülməsi ilə bağlı tapşırıq və tövsiyələrini verdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında