Azərbaycan gimnastı Oleq Stepko birinci Avropa Oyunlarının çempionu olub

Qaliblərə medalları birinci xanım, “Bakı-2015” qitə Oyunları Təşkilat Komitəsinin sədri, Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib

İyunun 20-də Milli Gimnastika Arenasında idman gimnastikası yarışlarının final mərhələsi keçirilib.

Azərbaycan idmançısı Oleq Stepko kişilərin gimnastika atı üzrə yarışlarında gümüş, dayaqla tullanma yarışlarında bürünc və paralel qollarda hərəkətlər üzrə yarışda isə qızıl medal qazanıb. Beləliklə, Azərbaycan milli komandasının hesabında 14 qızıl, 6 gümüş və 13 bürünc medal var.

İdman gimnastikası üzrə mübarizənin gedişini Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və “Bakı-2015” birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva izləyiblər.

Komanda və fərdi çoxnövçülük yarışlarından sonra gimnastlar ayrı-ayrı hərəkətlər üzrə mübarizəyə qoşulublar. İlk Avropa Oyunlarının 9-cu gününə təsadüf edən bu yarışlarda gimnastlar 10 dəst medal uğrunda mübarizə aparıblar. Qadınlar 4, kişilər isə 6 hərəkətdə çıxış ediblər. Hər bir yarış üzrə 6 idmançı qüvvəsini sınayıb. Yarışlarda ilkin olaraq kişilər sərbəst hərəkətlər üzrə, qadınlar isə dayaqla tullanma üzrə final mərhələsində mübarizə aparıblar. Azərbaycan gimnastı Oleq Stepko da mükafatlar uğrunda yarışıb. O, əvvəlcə kişilərin gimnastika atı üzrə hərəkətlərlə yarışına qoşulub. İdmançımız 14,600 xalla ikinci yeri tutaraq gümüş medal qazanıb. Bu, Azərbaycan milli komandasının birinci Avropa Oyunlarında 6-cı gümüş medalı olub.

Xatırladaq ki, Oleq Stepko gimnastika üzrə komanda yarışlarında bürünc, fərdi çoxnövçülükdə isə gümüş medal qazanıb.

Qalib idmançılara mükafatları “Bakı-2015" ilk Avropa Oyunları Təşkilat Komitəsinin sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti Mehriban Əliyeva təqdim edib.

Sonra qalib idmançının şərəfinə dövlət himni səslənib.

Halqalarla hərəkətlərdə qüvvəsini sınayan Oleq Stepko 4-cü nəticə göstərib. Kişilərin dayaqla tullanma yarışlarında isə Oleq Stepko uğurla yarışaraq komandamıza növbəti bürünc medal qazandırıb. Sonra dayaqla tullanma yarışlarında fərqlənən idmançıların mükafatlandırılması mərasimi olub.

Bu növdə birinci Avropa Oyunlarının çempionu adını qazanan Oleq Verniayevin şərəfinə Ukraynanın dövlət himni səslənib.

Daha sonra Azərbaycan idmançısı Oleq Stepko paralel qollarda hərəkətlər üzrə yarışlarda mübarizəyə qoşulub. Gimnastımız bu idman növündə ən yüksək nəticə göstərərək qızıl medalın sahibi olub.

Sonra paralel qollarda hərəkətlər üzrə yarışlarda qalib gələn idmançıların mükafatlandırılması mərasimi keçirilib.

Paralel qollarda hərəkətlər üzrə yarışlarda birinci Avropa Oyunlarının çempionu adını qazanan Oleq Stepkonun şərəfinə Azərbaycanın dövlət himni səsləndirilib, dövlət bayrağı ucaldılıb.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında