Azərbaycan Prezidenti İlham Əliyev Bolqarıstanın Baş naziri Boyko Borisovu qəbul edib

İyunun 11-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün ölkəmizə səfərə gələn Bolqarıstan Respublikasının Baş naziri Boyko Borisovu qəbul edib.

Bu yaxınlarda Bolqarıstan Respublikasına uğurlu səfərini və Baş nazir Boyko Borisovla Sofiyada keçirdiyi görüşü məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin və birinci Avropa Oyunlarının açılış mərasimində iştirakının önəmini qeyd etdi.  Birinci Avropa Oyunlarının tarixi bir hadisə olduğunu vurğulayan Prezident İlham Əliyev Bolqarıstan idmançılarına uğurlar arzuladı.

Bolqarıstanın Baş naziri Boyko Borisov ölkəsinin birinci Avropa Oyunlarında böyük nümayəndə heyəti ilə təmsil olunduğunu dedi.

Görüşdə Azərbaycan-Bolqarıstan ikitərəfli münasibətlərinin yüksək səviyyədə olmasından məmnunluq ifadə edildi, ölkələrimiz arasında dostluq və tərəfdaşlıq əlaqələrinin uğurla inkişaf etdiyi  və genişləndiyi bildirildi, əməkdaşlığımızın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında