Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və bərpadan sonra açılışı olmuşdur

Prezident İlham Əliyev mərasimdə iştirak etmişdir
Prezident İlham Əliyev oktyabrın 7-də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasının əsaslı yenidənqurma və təmir-bərpa işlərindən sonra açılışında iştirak etmişdir.
Dövlətimizin başçısı, xanımı Mehriban Əliyeva və qızı Arzu Əliyeva əvvəlcə teatrın qarşısında yaradılan şəraitlə tanış oldular. Burada əsas diqqət kompleks yenidənqurma işlərinə yönəldilmişdir. Füzuli meydanında və ətraf binalarda əsaslı yenidənqurma işləri aparılmış, ərazidə yaşıllıq zolağı salınmışdır. Bildirildi ki, binanın fasadında da əsaslı bərpa işləri görülmüşdür.
Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva teatr binasının əvvəlki görkəmini, yenidənqurma işlərinin gedişini və onun hazırkı vəziyyətini əks etdirən şəkillərə baxdılar.
Prezident İlham Əliyevin "Azərbaycan teatr sənətinin inkişaf etdirilməsi haqqında" 2007-ci il 19 fevral tarixli sərəncamına əsasən binada əsaslı yenidənqurma işlərinə 2008-ci ilin noyabrında başlanılmışdır. Dövlətimizin başçısının bu sahəyə olan diqqət və qayğısı Azərbaycan teatrında yaradıcılıq əhval-ruhiyyəsini daha da artırmışdır.
Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi layihələri də xüsusi qeyd etmək lazımdır. Fondun prezidenti, YUNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın şəxsi təşəbbüsü ilə Heydər Əliyev Fondunun gördüyü işlər Azərbaycanın mədəni irsinin daha da zənginləşdirilməsinə və dünyada geniş təbliğinə, mədəniyyət və incəsənət xadimlərinə yüksək qayğı və diqqət göstərilməsinə, gənc istedadların yetişməsinə böyük töhfələr verməkdədir.
Bildirildi ki, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının binasında heç vaxt indiki səviyyədə əsaslı bərpa və yenidənqurma işləri aparılmamışdır. Təmir və yenidənqurma işləri zamanı əvvəlki memarlıq üslubunun qorunub saxlanılmasına və milli ornamentlərlə daha da zənginləşdirilməsinə xüsusi diqqət yetirilmişdir. Beşmərtəbəli, ümumi sahəsi 2576 kvadratmetr olan sənət ocağında 581 yerlik tamaşaçı zalı ən müasir avadanlıqla təchiz olunmuş, səhnə yenidən qurulmuş, burada ən müasir səs və işıq sistemləri quraşdırılmış, orijinal ekran yerləşdirilmişdir. Teatrda 130 yerlik kiçik məşq zalı, 27 qrim otağı, o cümlədən qrim sexləri və digər yardımçı bölmələr vardır. Burada üçmərtəbəli yardımçı təsərrüfat binası da fəaliyyət göstərir.
Binada aparılmış yenidənqurma işləri ilə tanışlıqdan sonra dövlətimizin başçısı inşaatçılarla görüşdü. Prezident İlham Əliyev teatrın yenidən istifadəyə verilməsi münasibətilə təbriklərini çatdırdı.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında