Prezident İlham Əliyev BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktorunun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti  İlham Əliyev mayın 24-də BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silvanın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silva ilə Romadakı son görüşünü məmnunluqla xatırlayan dövlətimizin başçısı onun ölkəmizə səfərinin,  keçirdiyi görüşlərin məhsuldar və uğurlu olacağına əminliyini ifadə etdi. Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın fəal şəkildə inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev tərəfdaşlıq əlaqələrimizin genişləndirilməsi üçün böyük planların olduğunu dedi.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının baş direktoru Jose Qratsiano Da Silva Minilliyin İnkişaf Məqsədləri üçün dünyanın 128 ölkəsinin  yoxsulluğun yarıya qədər azaldılması öhdəliyini götürdüyünü və bu ölkələrdən yalnız 18-nin buna nail olduğunu vurğuladı. Bu öhdəlikdən  sonra həmin ölkələrin yoxsulluğun 5 faizdən aşağı endirilməsini hədəf götürdüklərini qeyd edən baş direktor Azərbaycanın dünyada buna nail olan 29 ölkədən biri olduğunu vurğulayaraq, BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının bu ilin iyununda keçirəcəyi konfransda ölkəmizin bu təşkilatın xüsusi medalı ilə təltif ediləcəyini dedi. O, Azərbaycanın əldə etdiyi bu nailiyyətlərin xüsusilə region ölkələri üçün yaxşı nümunə olacağını da bildirdi.

Görüşdə Azərbaycan ilə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı arasında əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında