"N" hərbi hissəsi ilə tanışlıq

Oktyabrın 5-də Azərbaycan Prezidenti İlham Əliyev Naxçıvan Muxtar Respublikasına səfəri çərçivəsində Sədərəkdəki "N" hərbi hissəsində olmuşdur.
Naxçıvan qarnizonunun rəisi, general-leytenant Kərəm Mustafayev Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə raport verdi.
Dövlətimizin başçısı ön xətdə yerləşən hərbi hissənin tabor mərkəzi ilə tanış oldu.
Məlumat verildi ki, 2008-ci ildə inşa olunmuş binada zabit, gizir və əsgər heyətinin xidmət aparması üçün hər cür şərait vardır. Binadakı əsgər yataqxanasında səliqə-sahman göz oxşayır. Heydərabad qəsəbəsində hərbi hissənin zabitləri üçün evlər tikilmişdir.
Prezident İlham Əliyev əsgərlərin məşğələ prosesini izlədi.
Dövlətimizin başçısı müşahidə məntəqəsindən təmas xəttini seyr etdi.
Prezident İlham Əliyev hərbi hissəyə təcili tibbi yardım maşını hədiyyə etdi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında