Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışı olmuşdur

Oktyabrın 5-də Prezident İlham Əliyev Şərur rayonunun Maxta kənd orta məktəbinin yeni binasının açılışında iştirak etmişdir.
Mərasimə toplaşanlar dövlətimizin başçısını hərarətlə qarşıladılar.
Prezident İlham Əliyev açılışı bildirən lenti kəsdi və bina ilə yaxından tanış oldu.
Məlumat verildi ki, Milli Qəhrəman Əli Camalovun adını daşıyan Maxta kənd orta məktəbinin binası əsaslı şəkildə yenidən qurulmuşdur. 1981-ci ildən fəaliyyət göstərən hazırkı bina bir müddət əvvəl qəzalı vəziyyətə düşmüşdü. Üçmərtəbəli, 540 şagird yeri olan yeni binada 30 sinif otağı vardır. Bir-birinə örtülü keçidlə birləşdirilmiş üç korpusdan ibarət binada şagirdlərin təlim-tərbiyəsi üçün bütün şərait yaradılmış, otaqlar zəruri vəsaitlərlə təchiz olunmuşdur. Fənn kabinetlərində, laboratoriyalarda müasir standartlara cavab verən avadanlıq qurulmuşdur. Altı min nüsxə ədəbiyyatın saxlanıldığı kitabxanada ümummilli lider Heydər Əliyevin həyatı və fəaliyyətini əks etdirən guşə yaradılmışdır. İdman zalı da müasir tələblərə cavab verir.
Məktəbin iki kompyuter sinfinin hər birində internetə çıxışı olan 19 kompyuter vardır. İki elektron lövhəli sinif otağı isə tədrisin müasir standartlar səviyyəsində aparılmasına imkan verəcəkdir. Hərbi hazırlıq fənninin əyani vəsaitlərlə tədrisi də diqqətdən kənarda qalmamışdır.
Məktəblə tanışlıqdan sonra Prezident İlham ƏLİYEV Müəllim Günü münasibətilə kollektivi təbrik edərək dedi:
- Sizi gözəl məktəbin açılışı münasibətilə təbrik edirəm. Maxta kəndində gözəl, yaraşıqlı məktəb tikilib. Əminəm ki, bu uşaqlara böyük bir töhfədir. Burada uşaqlar ancaq yaxşı oxumalıdırlar. Müəllimlər də uşaqlara yaxşı tərbiyə verməlidirlər, yaxşı nəzarət etməlidirlər. Bizə savadlı, bilikli gənclər lazımdır ki, bundan sonra bütün sahələrdə işləyə bilsinlər. Bu gün Azərbaycanda inkişaf çox sürətlə gedir. Hər bir sahədə yeni, peşəkar mütəxəssislər lazımdır ki, bütün işləri yüksək səviyyədə aparsınlar.
Təhsil bu məqsədlərə nail olmaq üçün başlıca vasitədir. Azərbaycanda təhsil sahəsinə çox böyük diqqət göstərilir. Hər yerdə məktəb tikintisi gedir, o cümlədən Naxçıvanda. Bax bu gün artıq ikinci məktəbdir ki, açılışında iştirak edirəm. Hələ bir məktəb də vardır, orada da olacağam, oranı da görəcəyəm. Bu işlər Azərbaycanda çox yüksək səviyyədə aparılır. Müəllimlərə tövsiyəm budur ki, uşaqlara yaxşı tərbiyə versinlər, yaxşı nəzarət etsinlər, tələbkar olsunlar ki, uşaqlar yaxşı oxusunlar və gələcəkdə gözəl mütəxəssislər olsunlar. Sizi ürəkdən təbrik edirəm.
* * *
Sonra müəllim Nübar ALLAHVERDİYEVA çıxış etdi. O, qısa müddətdə rayonda müasir üslubda yeni obyektlərin, o cümlədən orta məktəbin inşa edilib istifadəyə verildiyini söylədi, bütün bunlara görə dövlətimizin başçısına minnətdarlığını bildirdi. Nübar Allahverdiyeva qeyd etdi ki, məktəbin kollektivi gənc nəslə yüksək təhsil vermək sahəsində üzərinə düşən vəzifənin öhdəsindən layiqincə gəlmək üçün səyini əsirgəməyəcəkdir.
Sonda xatirə şəkli çəkdirildi.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında