Azərbaycan Prezidenti İlham Əliyev Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupu sədrinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 14-də Almaniya Federativ Respublikası Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xanım Karin Ştrents xatirə hədiyyəsini dövlətimizin başçısına təqdim etdi.

Azərbaycan ilə Almaniya arasında ikitərəfli əlaqələrin müxtəlif istiqamətlərdə, o cümlədən parlamentlərarası əməkdaşlıq sahəsində yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı Bundestaqın Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrentsin başçılıq etdiyi nümayəndə heyətinin ölkəmizə səfərinin bu əməkdaşlığın daha da genişləndirilməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirdi. Münasibətlərimizin möhkəmləndirilməsində yüksək səviyyəli görüşlərin önəmini qeyd edən Prezident İlham Əliyev Almaniyaya səfərini və orada keçirdiyi səmərəli görüşləri məmnunluqla xatırladı.

Almaniya Bundestaqının Cənubi Qafqaz Dostluq Qrupunun sədri xanım Karin Ştrents Azərbaycanın bu il tarixi bir hadisənin - birinci Avropa Oyunlarının təşkilatçısı olmasının əhəmiyyətini vurğulayaraq ölkəsinin bu yarışları yaxından izləmək arzusunda olduğunu dedi. Azərbaycanla bağlı ədalətli mövqe nümayiş etdirilməsinin zəruriliyini vurğulayan xanım Karin Ştrents bildirdi ki, biz çalışacağıq ikili standartlar olmasın, ədalətli mövqe olsun. İkili standartlar bizi də narahat edir.

Dövlətimizin başçısı birinci Avropa Oyunları ərəfəsində ədalətsiz mövqe nümayiş etdirilməsinin Olimpiya Oyunlarının ruhuna və nizamnaməsinə uyğun olmadığını təəssüflə qeyd etdi. Prezident İlham Əliyev bütün dövlətlərə eyni cür yanaşmanın vacibliyinə toxundu, bildirdi ki, ikili standartlar həm ölkədə, həm də Avropada ictimai fikrə mənfi təsir göstərir.

Görüşdə Azərbaycanın Avropa İttifaqı ilə enerji sahəsində əməkdaşlığının xüsusi rolu qeyd olundu,  ölkəmizin təşəbbüsü ilə reallaşan iri enerji layihələrinin önəmi vurğulandı,  TANAP və TAP layihələrinin perspektivindən danışıldı, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında