Azərbaycan Prezidenti İlham Əliyev Pakistanın maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib.

Nazir Mohammad İshaq Dar Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Mohammad İshaq Dar Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi bir sıra sosial və humanitar layihələrə görə ölkəsinin xalqının və rəhbərliyinin minnətdarlığını ifadə etdi.

Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın da bu səviyyəyə çatdırılmasının önəmini qeyd etdi. Pakistan Prezidentinin ölkəmizə səfərini və onunla keçirdiyi müxtəlif görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşlər zamanı ölkələrimiz arasında maliyyə, iqtisadiyyat, investisiya qoyuluşu və digər sahələrlə bağlı məsələləri müzakirə etdiklərini vurğulayaraq ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.

AZƏRTAC


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında