Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın ölkəmizdəki səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Yaponiyanın ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Masamitsu Okini diplomatik fəaliyyət müddətinin başa çatması ilə əlaqədar qəbul etmişdir.
Dövlətimizin başçısı Masamitsu Okinin ölkəmizdəki diplomatik fəaliyyətini yüksək qiymətləndirdi və onun Azərbaycan ilə Yaponiya arasında əlaqələrin inkişafına verdiyi töhfənin önəmini vurğuladı. Masamitsu Okiyə gələcək fəaliyyətində uğurlar arzulayan Prezident İlham Əliyev ölkələrimiz arasında ikitərəfli münasibətlərin bundan sonra da möhkəmlənəcəyinə ümidvar olduğunu bildirdi.
Masamitsu Oki Azərbaycanla bağlı xoş xatirələrinin olduğunu dedi. Qarşılıqlı səfərlərin əhəmiyyətinə toxunan diplomat qeyd etdi ki, Azərbaycan Prezidenti İlham Əliyevin Yaponiyaya səfəri ölkələrimiz arasında ikitərəfli münasibətlərin daha da inkişaf etdirilməsi işinə güclü təkan vermişdir.
AzərTAc{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında