Prezident İlham Əliyev Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib

Fevralın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bakının Azadlıq meydanında Daxili İşlər Nazirliyinin müxtəlif qurumları, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan və müasir avadanlıqla təchiz edilən avtomobillərin istifadəyə verilməsi mərasimində iştirak edib.

 Daxili işlər naziri, general-polkovnik Ramil Usubov Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevə raport verdi.

Son illərdə yol polisinin bütün şəxsi heyətinin işinin səmərəli qurulması, yol hərəkəti təhlükəsizliyinin daha yüksək səviyyədə təmin edilməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilir. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısının, qarşıda duran vəzifələrin icrası, işin daha səmərəli qurulması istiqamətində görülən tədbirlərin nəticəsidir ki, bu gün digər hüquq- mühafizə orqanlarında olduğu kimi, Daxili İşlər Nazirliyi sistemində də əməkdaşların fəaliyyəti keyfiyyətcə yeni mərhələyə yüksəlib. Daxili İşlər Nazirliyi orqanlarında maddi-texniki təchizatın yaxşılaşdırılması ilə bağlı xeyli iş görülüb, yeni texniki vasitələrin alınmasına başlanıb. Post-patrul, növbətçi hissə və çevik polis alayı, o cümlədən yol polisi əməkdaşları üçün yeni alınan “Fiat Doblo” və “BMW” markalı avtomobillər bu sırada mühüm yer tutur. Ümumilikdə yol polisi əməkdaşları üçün 400, digər qurumların əməkdaşları üçün isə 300 avtomobil alınıb. Avtomobillərin hər biri yeni və müasir avadanlıqla təchiz edilib, e-patrol sistemi quraşdırılıb. Sistem yol-patrul xidməti (YPX) avtomobilinin həm dayandığı, həm də hərəkət etdiyi hallarda fəaliyyət göstərir. Sistemin üzərində nömrəoxuma, ümumi müşahidə kameraları, gecə görüntüsü üçün 30 metr mənzili olan “infrared” işıqlandırma sistemi və GPS modulu quraşdırılıb. Avtomobildə daxili kompyuter qurğusu mövcuddur ki, nömrəoxuma prosesi həmin kompyuterdə aparılır. Sistem nömrəoxuma kameraları vasitəsilə üzərində quraşdırıldığı YPX avtomobilinin yerləşdiyi zolaqdan 2 zolağadək sağda, 2 zolağadək solda hərəkət edən və ya dayanmış nəqliyyat vasitələrinin nömrə nişanlarını və sürətlərini oxumaq imkanına malikdir. Həmçinin, YPX avtomobilinə perpendikulyar istiqamətdə sağ və sol tərəflərdə parklanmış nəqliyyat vasitələrinin də nömrə nişanları oxunur. E-patrol sistemi tərəfindən nömrəsi və sürəti oxunmuş nəqliyyat vasitələri barədə məlumatlar tarix, saat, eləcə də GPS koordinatı da əlavə edilməklə mərkəzi serverdə arxivləşdirilir. Həmçinin, nömrəsi oxunan hər bir nəqliyyat vasitəsinin axtarışda olub-olmaması, cərimə ödənişlərini uzun müddət gecikdirməsi və digər məlumatlar real vaxt rejimində sorğulanaraq YPX avtomobilində quraşdırılmış bort kompüter qurğusuna ötürülür. Sürət həddini aşmış nəqliyyat vasitələri barədə məlumatlar da Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sisteminə göndərilir.

Onu da deyək ki, son dövrlərdə Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə yol infrastrukturunun yenidən qurulması, yeni yolların, körpülərin, yeraltı keçidlərin salınması yol polisi, həmçinin yol-patrul xidməti əməkdaşlarını daha məsuliyyətli olmağa, yol təhlükəsizliyini daha yüksək səviyyədə qurmağa sövq edir. Çünki ölkədə nəqliyyat vasitələrinin artması təbii olaraq yol hərəkətində problemlərin yaranmasına da səbəb olur. Dövlət yol polisinin yeni texniki vasitələrlə təmin olunması isə bu amillərin aradan qaldırılmasına hesablanıb. Şübhəsiz ki, xidmətin səmərəli yerinə yetirilməsində patrul avtomobillərinin müasirliyi böyük əhəmiyyət daşıyır. Bu da yeni avtomobillərdə hərəkətin təhlükəsizliyinin daha etibarlı təmin edilməsinə imkan verir.

Qeyd edildi ki, saxlanılan şəxslərin daşınması üçün  “Mercedes” markalı 20 mikroavtobus alınıb.

Prezident İlham Əliyev yeni alınmış mikroavtobuslara da baxdı.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında