Prezident İlham Əliyev “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak edib

Yanvarın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva “Şahdağ” qış-yay turizm kompleksinin 1 nömrəli kanat yolunun və xizək enişinin açılışında iştirak ediblər. Dövlətimizin başçısına məlumat verildi ki, kompleksdə inşası nəzərdə tutulan 9 kanat yolundan 7-si artıq hazırdır. Bundan başqa, ümumi uzunluğu 5860 metr olan 4 “xalça cığırı” və ümumi uzunluğu 12 min 430 metr olan 11 dağ xizək enişi inşa olunub. Həmçinin sahəsi 41,5 hektar olan enişlərin süni qarlaşdırma sistemi yaradılıb. Burada qonaqlar və turistlər üçün müxtəlif istirahət guşələri də tikilib.

Dövlətimizin başçısı 1 nömrəli kanat yolunu işə saldı.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva kanat yolunu sınaqdan keçirdilər.

Qeyd edək ki, kanat yollarının çəkilişi qış turizm kompleksinin əsas infrastrukturlarından sayılır və bu işi böyük təcrübəsi olan Avstriya şirkəti həyata keçirir. Beləliklə, “Şahdağ” qış-yay turizm kompleksi qonaqlara il boyu sonsuz həyəcanlı idman və əyləncə növləri təklif edir. Qonaqların burada bənzərsiz təbiət gözəlliyinin mərkəzində, dağ havasının təravətində müxtəlif əyləncə növlərinin əhatəsində olmaq şansı var. Burada xizəklə sürüşmək üçün 19-dan çox yamacın yaradılması planlaşdırılıb. Xizəksürmə məktəbi müxtəlif kurslar da təklif edir. Kompleksdə hər yaş kateqoriyasından olan insanlara müxtəlif yay əyləncələri də təklif ediləcək. Bölgəni yenidən kəşf etmək istəyənlər, macəra axtarışında olanlar üçün gələcəkdə raftinq, paraşütlə tullanma, qayaya dırmanma, velosipedlə gəzinti, göldə üzgüçülük və başqa idman əyləncələri də təşkil olunacaq. Bundan əlavə, burada böyük qolf sahəsinin, maraqlı aqvaparkların və hovuzların da tikilməsi planlaşdırılıb.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında