Azərbaycan Prezidenti İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarının din xadimlərini qəbul edib

Azərbaycan Respublikasının  Prezidenti İlham Əliyev dekabrın 26-da Heydər məscidinin açılışında iştirak etmək üçün Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gələn din xadimlərini qəbul edib.

Prezident İlham Əliyev Rusiya Federasiyasının Şimali Qafqaz respublikalarından gəlmiş din xadimlərinə Heydər məscidinin açılışında iştiraklarına görə təşəkkür etdi və bunu xalqlarımız arasında  dostluq və qardaşlığın göstəricisi kimi dəyərləndirdi. Belə tədbirlərin Qafqaz müsəlmanlarını bir-birinə daha da yaxınlaşdırdığını və regionda sülhə və sabitliyə xidmət etdiyini deyən dövlətimizin başçısı qonaqların təmsil etdikləri Şimali Qafqaz respublikalarında gedən inkişaf proseslərinin məmnunluq doğurduğunu diqqətə çatdırdı. Yeni məscidin açılışını Azərbaycan üçün tarixi hadisə kimi qiymətləndirən Prezident İlham Əliyev tarix boyu xalqımızın öz dini-mənəvi dəyərlərinə sadiq qaldığını vurğuladı. Prezident İlham Əliyev dinin azad olduğu müasir dövrdə mövcud olan təhlükənin - müəyyən dairələrin gəncləri öz tarixi köklərindən ayırmaq cəhdlərinin olduğunu söylədi və bu prosesin qarşısının alınmasında, eləcə də gənc nəslin milli adət-ənənələrə sədaqət  ruhunda tərbiyə olunmasında  dini liderlərin rolundan, həmçinin dinlərarası dialoqun genişləndirilməsinin əhəmiyyətindən danışdı. Dövlətimizin başçısı  qonaqları qarşıdan gələn Yeni il münasibətilə təbrik etdi.

Şimali Qafqaz Müftilərinin Əlaqələndirmə Şurasının sədri, Rusiya Federasiyası Qaraçay-Çərkəz müftisi İsmayıl Berdiyev yeni məscidin açılışında iştiraka  dəvətə görə minnətdarlığını bildirdi. Qonaq Heydər məscidinin çox gözəl tikildiyini və öz əzəməti ilə ulu öndər  Heydər Əliyevin adına layiq olduğunu söylədi. İsmayıl Berdiyev qeyd etdi ki, Azərbaycanda belə bir möhtəşəm məbədin  istifadəyə verilməsi Heydər Əliyev müdrikliyini yaşadan Prezident İlham Əliyevin xidmətləri sayəsində mümkün olub. Belə məscidlərdə hər zaman sülhün, əmin-amanlığın bərqərar olması üçün Tanrıya dua etdiklərini  və dualar zamanı işğal altındakı Qarabağ torpağını unutmadıqlarını bildirən  İsmayıl Berdiyev, bu məsələnin tezliklə həllini tapacağına əminliyini ifadə etdi.

AzərTAc


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında