İstanbulda Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir

Xüsusi müxbirimiz xəbər verir ki, sentyabrın 16-da İstanbulda, "Çırağan" sarayında Türkdilli ölkələrin dövlət başçılarının X zirvə toplantısı keçirilmişdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev zirvə toplantısında iştirak etmişdir.
Xatırladaq ki, ilk zirvə görüşü 1992-ci ildə Ankarada, sonrakı toplantılar 1994-cü ildə İstanbulda, 1995-ci ildə Bişkekdə, 1996-cı ildə Daşkənddə, 1998-ci ildə Astanada, 2000-ci ildə Bakıda, 2001-ci ildə İstanbulda, 2006-cı ildə Antalyada, ötən il isə Naxçıvanda keçirilmişdir.
Türkiyə Prezidenti Abdullah Gül Azərbaycan Prezidenti İlham Əliyevi, Qazaxıstan Prezidenti Nursultan Nazarbayevi, Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovu, Qırğızıstanın keçid dövrü Prezidenti Roza Otunbayevanı qarşıladı.
Zirvə toplantısını Türkiyə Prezidenti Abdullah Gül açdı. O, zirvə görüşündə iştirak edən dövlət başçılarını salamladı və onları yenidən görməkdən məmnun olduğunu bildirdi. "Qardaş ölkələrimiz arasındakı müştərək dil, din, tarix, mədəniyyət və dəyərlərə əsaslanan tellər çox güclüldür", - deyən Abdullah Gül vurğuladı ki, məhz bu baxımdan türkdilli ölkələrin dövlət başçılarının bir araya gəlməsi çox önəmlidir.
Türkiyə Prezidenti türkdilli ölkələr arasında əməkdaşlığın güclənməsində ötən il Naxçıvanda keçirilən IX zirvə toplantısında qəbul edilən qərarların mühüm rol oynadığını bildirdi, həmin qərarların əhəmiyyətini xüsusi vurğulayaraq dedi:
- Naxçıvanda bu kontekstdə qəbul etdiyimiz mühüm qərarlardan biri də Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılmasıdır. Məlum olduğu kimi, Şuranın Katibliyi İstanbulda olacaqdır. Bugünkü toplantıda Katibliyin strukturunun yaradılması ilə bağlı qərar qəbul edəcəyik. Bu çərçivədə Şuranın baş katibini də təyin edəcəyik. Beləliklə, keçən il Naxçıvanda təməlini qoyduğumuz təşkilatın qurulmasını təmin edəcəyik.
Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının atalarımızdan miras aldığımız müştərək dil, mədəniyyət və dəyərləri qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə çatdırmaq baxımından mühüm bir iş görəcəyinə inanırıq. Eyni millətə mənsub olmaqdan qürur duyan xalqlarımız arasındakı əzəli və əbədi qardaşlıq tellərinin artıq konkret əməkdaşlığa çevriləcəyinə güvənirik.
Türkiyə Prezidenti əlavə etdi ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması geniş coğrafi ərazini əhatə edən Türk dünyasının qarşılaşdığı problemlərin həllində də vacib rol oynayacaqdır. Bu, həmçinin ölkələrimizi və xalqlarımızı bir-birinə daha sıx bağlayacaq, bölgədə sülhə və sabitliyə xidmət edəcəkdir. Abdullah Gül türkdilli ölkələrin əlaqələrinin genişlənməsində mühüm rol oynayan TÜRKSOY və katibliyi Bakıda yerləşən Türkdilli Ölkələrin Parlament Assambleyasının fəaliyyətindən danışdı. Daha sonra Türkiyə Prezidenti İstanbulda keçirilən X zirvə toplantısında müzakirə olunacaq məsələlər barədə məlumat verdi.
Azərbaycan Prezidenti İlham Əliyev zirvə toplantısında çıxış etdi.{nl}

 

{nl}


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında