Azərbaycan Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın geniş tərkibdə görüşü

Sentyabrın 12-də təkbətək görüş başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul Razakın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü olub.

Azərbaycan Prezidenti İlham ƏLİYEV dedi:

– Hörmətli cənab Baş nazir, hörmətli qonaqlar.

Sizi ölkəmizdə salamlamaq istəyirəm. Ümidvaram ki, Malayziya Baş nazirinin ilk səfəri uğurlu olacaq.

Təkbətək görüşümüz zamanı biz ikitərəfli əlaqələrimizin mühüm məsələlərini müzakirə etdik və indi nümayəndə heyətlərinin iştirakı ilə bunu davam etdiririk.

Biz ikitərəfli əlaqələrə böyük əhəmiyyət veririk. Malayziya bizim üçün yaxın dost və tərəfdaşdır. Əminəm ki, bu səfər əlaqələrimizə yeni təkan verəcək və biz siyasi, iqtisadi əlaqələrimizi gücləndirəcəyik. Biz xalqlarımız arasında əlaqələrin dərinləşməsi üzərində çalışacağıq. Xalqlarımız ünsiyyət saxlamaq və ikitərəfli əlaqələrimizin uğurlu inkişafına töhfə vermək üçün bir-birini daha yaxından tanımalıdırlar. 

Əməkdaşlığımızın gündəliyi genişdir və bir çox sahələri əhatə edir. Əminəm ki, səfərinizin çox yaxşı nəticələri olacaq. Nümayəndə heyətlərinin üzvləri də ikitərəfli əlaqələrin mühüm məsələləri - siyasi, enerji təhlükəsizliyi və regional təhlükəsizlik ilə bağlı müzakirələr aparacaqlar. Buna görə də ümidvaram ki, biz fəal dialoq və dostluğumuzu davam etdirəcəyik. Təbii ki, bu səfər çox  əhəmiyyətlidir. Çünki bu, qarşılıqlı etimadın və dostluğun yaxşı göstəricisidir. Bir daha xoş gəlmisiniz!

* * *

Malayziyanın Baş naziri Mohammad Najib Tun Abdul RAZAK dedi:

– Cənab Prezident, belə səmimi və gözəl qəbula görə Sizə təşəkkür edirik. Ötən gecə gələndə dediyim kimi, Sizin rəhbərliyinizlə sürətli və eyni zamanda, keyfiyyətli inkişaf məni heyrətləndirdi. Bakının müasir şəhərə, Azərbaycanın güclənən, inkişaf edən, böyük potensialı olan ölkəyə çevrilməsini görmək yeni nəfəs almaq deməkdir.

Zati-aliləri, Sizi bu mükəmməl rəhbərliyiniz münasibətilə təbrik etmək istərdim. Mən bu səfəri səbirsizliklə gözləyirdim. Ölkəniz barədə çoxlu məlumatlar eşitmişdim və gördüklərim məni çox sevindirir. Mən gələcəkdə burada daha çox vaxt keçirmək, bu gözəl mənzərəni görmək istərdim.

İkitərəfli əlaqələrimizə gəlincə, ölkələrimiz arasında çox müsbət münasibətlər var. Düşünürəm ki, biz bu münasibətlərə əsasən əməkdaşlığın bir çox sahələrini aşkar edə bilərik. Hesab edirəm ki, bunun əsasını Sizin ölkənizdə neft və qaz sahəsində əməkdaşlıq təşkil edəcək. Düşünürəm ki, bu gün imzalanacaq Anlaşma Memorandumu əməkdaşlığımızın inkişafında çox mühüm bir mərhələnin başlanğıcı olacaq.

 

AzərTAc

 

 


© İstifadə edilərkən "Xalq qəzeti"nə istinad olunmalıdır.



  • I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

    I Avropa Oyunlarının təəssüratları uzun müddət xatirələrdə yaşayacaq

  • Hər gün bir tarix, hər gün bir zəfər

    Hər gün bir tarix, hər gün bir zəfər

  • Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

    Birinci Avropa Oyunları məşəlinin Bakının mədəniyyət və incəsənət mərkəzlərinə səyahəti

  • “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

    “Bakı – 2015”-in məşəli bölgələrə səyahətin son günündə bəşəriyyətin keçmişinə işıq salıb paytaxta qayıdır

  • Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

    Siyəzən birinci Avropa Oyunlarının məşəl estafetini qəbul etdi

Çox oxunanlar



Təqvim

Hava haqqında